“Türk Hava Yolları” icazə verilən baqajın çəkisini azaldıb

3-05-2017, 16:48
0
“Türk Hava Yolları” icazə verilən baqajın çəkisini azaldıb

Türkiyənin ən iri aviadaşıyıcısı olan “Türk Hava Yolları” şirkəti adambaşına düşən pulsuz baqajın çəkisini 32 kiloqramdan 23 kiloqrama salıb. Bu yenilik iyulun 1-dən etibarən tətbiq ediləcək.
Berlin Türk Səyahət Agentliklərinin direktoru Necati Kaya bildirib ki, “Türk Hava Yolları”nın səyahətçi kütləsinin böyük hissəsini Avropa ölkələrində yaşayan türklər təşkil edirlər.
“Türklərin də baqajları digər sərnişinlərlə müqayisədə daha ağır olur. Türk sərnişinlər artıq biletdən savayı baqaja görə də əlavə rüsum ödəməli olacaqlar”, – deyə N.Kaya əlavə edib.

скачать dle 12.1
Xəbər lenti