AZAL-ın rəhbəri Batumidə 31 milyon dollarlıq otel tikdirib

8-05-2018, 20:08
5 018
AZAL-ın rəhbəri Batumidə 31 milyon dollarlıq otel tikdirib

Batumidə yeni beşulduzlu “Qrand Qloriya” oteli açılır. Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı iyuna planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.

Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib.

Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.

Yeddi il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Qəmzəyevaya verilib.

“Qloriya” şirkətinin 50,8 % payı Z. Qəmzəyevaya, qalanı onun uşaqları Cəmil və Məlahət Əsgərovlara məxsusdur.

Z. Qəmzəyeva Azərbaycan prezidentinin qızı Arzu Əliyeva ilə birlikdə Silk Way Holding-in təsisçisi və səhmlərinin sahibidir. O həmçinin “Gazelli” parfüm mağazaları şəbəkəsinin sahibidir.

скачать dle 12.1
Xəbər lenti