Sabiq AXCP üzvü də saxlanılıb və harada olduğu bəlli deyil

13-05-2018, 21:53
7 281
Sabiq AXCP üzvü də saxlanılıb və harada olduğu bəlli deyil

Sosial şəbəkələrdə yayılan xəbərlər təsdiq edir ki, iki gün əvvəl Azərbaycanda daha bir nəfər sabiq AXCP üzvü həbs edilib. Onun, faktiki olaraq oğurlandığı bildirilir və harada saxlanıldığı bəlli deyil. Bu, 1992- 93- cü illərdə Gədəbəy rayonunda icra başçısı vəzifəsində işləyən, çoxdandır ki, Rusiyada yaşayan və Rusiya vətəndaşı olan sabiq AXCP üzvü Saleh Rüstəmovdur. Ona qarşı hansı ittihamın irəli sürüldüyü və hansı əsaslarla saxlanıldığı bilinmir. Yaxınlarının dediyinə görə Saleh Rüstəmov ara- sıra Azərbaycana gedib- gələrək oradakı qohumları ilə əlaqə saxlayırdı. Bu dəfə də, bir neçə gün Gədəbəydə qaldıqdan sonra geri qayıdan zaman, Şəmkir postunda naməlum adamlar onun gəldiyi maşını saxlayaraq S. Rüstəmovu götürüb aparıblar. Saleh bəy icra başçısı olduğu zamanlarda Gədəbəyin müdafiəsi üçün böyük xidmətlər göstərmiş şəxsdir, Rusiyada isə kiçik bizneslə məşğul olur.

скачать dle 12.1
Xəbər lenti