Oğurluq gəmi Ramiz Rzayevin himayəsində

13-07-2018, 01:06
6 697
Oğurluq gəmi Ramiz Rzayevin himayəsində

Bakı şəhər sakini Qəmbər Səfərov illərdir oğurlanmış mülkünü geri qaytara bilmir. Bu barədə qüvvəyə minmiş məhkəmə qərarı olsa da hansı səbəblərdənsə icra olunmur.

Şikayətçi azadlıq.info-ya başına gələnləri qısaca danışıb: “2003-cü ilin fevralın 20-də Həştərxandan “Yunıy maryak”adlı gəmi aldım. Fevralında 28-də təhvil-təslim aktı tərtib olundu və gəmi iyulun 24-də Bakı buxtasına daxil oldu. Bu barədə “Yük gömrük bəyannaməsi” də var. Xeyli vaxt ötdükdən sonra gəmi yoxa çıxdı. Uzun araşdırmalardan sonra gəminin Dövlət Dəniz Admistrasiyasının xətt ilə istismarda olduğunu öyrəndim. Bundan sonra hüquq mühafizə orqanlarına müraciət etdim. Cinayət işi başlanmalı olduğu halda mülki iş olduğunu bildirdilər. Səbail rayon məhkəməsi gəminin qaytarılması barədə qətnamə çıxardı. Lakin 9 ay məhkəmə qərarını yubadıb apllyasiya məhkəməsində işə yenidən baxılmasına nail oldular. Məkəmə isə saxta sənədlər əsasında işə baxdı. Məhkəməy gəminin 9 yanvar 2003-cü il tarixdə “Mərdəkan Broyler”-ə satılması barədə saxta sənəd təqim oluub. Gəminin təmirinə 344 min manat xərc qoyulduğu barədə saxta rəy alınıb. Bütün bunlara baxmayaraq məhkəmə gəminin mənə qaytarılması barədə qərarı tam dəyişə bilməyib. Amma qərar bu günə kimi icra da olunmur”.

Qəmbər Səfərov Dövlət Dəniz Admstrasiyasına qarşı yeni iddia qaldırdığını da bildirib. Amma Səbail rayon məhkəməsi dəymiş maddi və mənəvi ziyana görə iddia tələbini əsassız sayıb. Bu işdə Ali Məhkəmənin sədri Ramiz Rzayevin xüsusi göstərişi olduğu bildirilib.

Şikayətçi ölkə başşısına müraciət edərək onun oğurlanmış əmlakının geri qaytarılmasını, günahar şəxslərin cəzalandırılmasını xahiş edib. “Məmurlar hamısı ikili oyun oynayır. Dövlətə xəyanət edir. Millətin qanını zəli kim sorur. Ya bütün bunları durdurun , ya da məni ölkə vətəndaşlığından xaric edin”,-deyə Qəmbər Səfərov prezidentə səslənib.

скачать dle 12.1
Xəbər lenti