Bakını indi də Eldar Əzizov “sökəcək”

20-11-2018, 18:17
10 777
Bakını indi də Eldar Əzizov “sökəcək”

Ölkə başçısı İlham Əliyev noyabrın 15-də imzaladığı sərəncamlı Eldar Əzizovu Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri təyin edib. E.Əzizov artıq bir müddət idi ki, BŞİH başçısı səlahiyyətlərini, müavin olaraq, icra edirdi. O, BŞİH başçısının müavini vəzifəsinə bu ilin iyulunda təyin edilmişdi.

E.Əzizov 1957-ci il iyun ayının 28-də Bakıda doğulub, indiki BDU-nun Tarix fakültəsini bitirib. SSRİ dönəmində komsomol sistemində fəaliyyət göstərib. 1990-cı ildə Azərbaycan Ali Sovetinə deputat seçilib.

2000-ci ilin iyununda Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə, 2011-2015-ci illərdə isə Sumqayıt şəhərinə rəhbərlik edib. 2015-ci ilin sentyabrında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Sosial şəbəkələrdə E.Əzizovun BŞİH başçısı təyin edilməsinə artıq neqativ rəylər bildirilməkdədir. Sosial şəbəkə istifadəçiləri, ictimai fəallar xüsusən də E.Əzizovun Gəncə və Sumqayıtdakı fəaliyyətini xatırladaraq, indi də Bakını “dağıtmağa” davam edəcəyini yazırlar.

скачать dle 12.1
Xəbər lenti