'İsgəndər Həmidov xaricə aparılıb' - AXH

20-05-2019, 20:09
12643
'İsgəndər Həmidov xaricə aparılıb' - AXH

Bu gün, mayın 20-də keçmiş daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) həmtəsisçisi İsgəndər Həmidovun səhhəti ilə bağlı xarici ölkələrdən birinə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXH-dən məlumat veriblər. Amma ölkə adı çəkilmir.

Qurumdan verilən məlumata görə, mayın 19-u gecə saatlarında İ.Həmidov ürək ağrıları ilə bağlı Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib və ona təcili əməliyyat olunmasının vacibliyi bildirilib. Lakin keçmiş nazirin Azərbaycanda əməliyyat olunmaqdan imtina etdiyi və bu səbəbə görə xaricə aparıldığı qeyd olunur.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Azadlıq Radiosunda deyib ki, İsgəndər Həmidovun əməliyyat olunub-olunmayacağına xaricidəki müayinədən sonra qərar veriləcək:

“Əgər oradakı həkimlər məsələhət bilsələr əməliyyat oluncaq.Yox əgər əməliyyata ehtiyac görülməsə, müalicə olunub vətənə dönəcək. Hələlik, İsgəndər Həmidovun getdiyi ölkəni açıqlamağı lazım bilmirik”.

Xatırlatma

İsgəndər Həmidov 1848-ci ildə doğulub.

1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb. O,1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətdən getdikdən sonra həbs edilib. Mənimsəmə və bir sıra başqa cinayətlərdə ittiham edilən İ.Həmidov 14 il həbs cəzası alıb. İttihamları qəbul etməyib, 2003-cü ilin sonlarında vaxtından əvvəl, əfv fərmanı ilə azadlığa çıxıb. 2018-ci ildə yaradılan Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.


Xəbər lenti