Ölkə başçısı kriminal direktora fəxri ad verib

27-05-2020, 17:05
12 097
Ölkə başçısı kriminal direktora fəxri ad verib

Bir neçə gün öncə redaksiyamıza Bakı şəhəri Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəblə bağlı tənqidi xarakterli məktub daxil olub.

 

 

 

 

Həmin məktubda, məktəbdə baş alıb gedən qanunsuz hallardan bəhs olunur. Səbail rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq Musiqi Məktəbində özbaşınalıq hökm sürür. Həmin şikayət məktubunu sizə təqdim edirik.

 

Hörmətli redaksiya, mən Ağakərim Kərimov,  1998-ci ildən Bakı şəhəri Səbail rayonunda yerləşən, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində tar müəllimi işləmişəm .

 

2001-ci ildə, məktəbə direktor təyin edilən Orucova Məhin Əli qızı işə başlayandan sonra özünə tabe olanların hamısmı saxtakarlığa,dələduzluğa, əliəyriliyə sövq etmiş, məktəbdə özünə məxsus tərzdə kriminal stuktur yaratmışdır.

Bu vəziyyətlə barışmayan, məndə daxil olmaqla 6 nəfər müəllim məktəbdə baş verən özbaşnalıq, yəni direktorun "Ölü canlar" saxlaması və digər qanun pozuntuları barədə prokrorluğa şikayət etmişdik.

 

Bundan sonra direktor M.Orucova şikayət etmiş müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutmuşdur . Ilk olaraq tədris hissə müdürü İradə Babazadə, Mədəniyyət və Turizm Nazirliyinin - 22.06.2006-cı il tarixli, 260 - saylı, saxta əmri ilə qeyri - qanuni olaraq işdən azad edildi.Həmin əmrdə Nazirliyinin möhürü və nazirin imzası yoxdur. Bu hiyləgər saxtakarlığın təşkiiatçısı və icraçısı, direktorun həmyerlisi olan nazir müavini Sevda Məmmədliyevadır. 

 

M.Orucova, S.Məmmədəliyevanın himayədarlığına arxalanaraq məktəbi bandit-quldur yuvasına çevrmişdir.

İkinci vurulmalı hədəf kimi məni seçdi. Və göziənilmədən 26.11.2007- ci il tarixdə qeyri-qanuni olaraq mənidə işdən azad etdi. Məlum oldu ki, bu şəxs mənim məlumatım olmadan, əsassız olaraq, 6 gün ərzində, (2 oktyabr və 8 oktyabr 2007- ci il tarixlərdə) iki töhmət verib, və buda onu sübuta yetirir ki, bu hal əvvəlcədən planlasdırılmış qaydada həyata keçirilib.

Qeyd etmək istərirəm ki, M.Orucova, məktəbin təmirinə, 2004-cü ildə ayrılan, külli miqdarda vəsait, 25 miıyon manat , (5000 AZN) dövlət tərəfindən ayrılan vəsaiti  mənimsəmişdir.

Ölkə başçısı kriminal direktora fəxri ad verib

  

 Həmçinin mən işdən azad edilərkən, qanunvericiliyin tələblərinə uygun olaraq, son haqq-hesab sonuncu iş günü, ödənilməli və, əmək kitabçası da həmin gün mənə təhfil verilməli idi. Lakin, həmin günü əmək kitabçasını və son haq - hesabı tələb etsəm də, mənə əmək kitabçasını və son haq - hesabı verilməmişdir. 

M.Orucovaya 2008-2009-cu tədris ilində məktəbdə yol verdiyi nöqsanlara görə AR Mədəniyyət və Turizm Naziri tərəfındən töhmət verilmişdir.

Valideynlərdən bu yaxınlarda aldığım məlumata görə, hər şagirddən 20 manat məbləğində müəllimlər günü adı altında məcburi qaydada pul yığılmışdır, nəzərə alsaq ki, məktəbdə 700-800 nəfərə yaxın şagird təhsil alır, belə olan halda bu on dörd - on altı min manat vəsait edir, lakin valideynlər nədənsə çəkinərək bu barədə müraciət etməyə təşəbbüs göstərmirlər. Küllü miqdarda məbləğ yığıldıqdan sonra M.Orucova böyük bir təm-təraqla R.Behbudov adına Mahnı Teatrı binasında 50 illik yubiley gecəsi keçirmişdir. Göründüyü kimi M.Orucova ona həvalə edilən vəzifəni layiqincə yerinə yetirmək əvəzinə başqalarının hesabına və ayrılan vəsaiti talayıb mənimsəməklə az bir vaxtda varlanmaq, özünə dəbdəbəli və qudurğan həyat qurmaq arzularını gerçəkləşdirmək yolunu tutmuşdur.

Orada işləyən şəxslərin bu məsələlər barədə ətraflı məlumatları vardır və hesab edirəm ki, qeyd olunanlar əsassız ola bilməz .

Mənim M.Orucova barəsində şikayət ərizəm Səbail rayon prokurorluğunda qəbul edilmiş, lakin göstərilən faktlarla baglı heç bir ətraflı təhqiqat aparılmadan gözlənilmədən 20 gündən sonra tez-tələsik 14 sentyabr 2016-cı il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında " qərar çıxarmışdır. Bu qərardan cəmi 5 gün sonra dərin bir təəccübə səbəb olan bir hadisə baş vermiş, 19 sentyabr 2016- cı il tarixdə ölkə prezidentinin sərəncamı ilə kriminal əməllər sahibi məktəb direktoru M. Orucovaya fəxri ad verildi. Dəhşət, bu ölkədə nələr baş verir. Müəllimi əzib məhv edən, müəllimi məhrumiyyətli və əzablı həyata sürükləyən, ondan amansız intiqam və qisas alan şəxs "əməkdar müəllim"fəxri ada layiq görülür. Budurmu Azərbaycan müəllimi?

Bir məsələnidə qeyd etməyi vacib bilirəm. Bu il görkəməli bəstəkar Cövdət Hacıyevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Nəzərə alsaqki 3 saylı musiqi məktəbi C.Hacıyev adınadır onda bu bəstəkara qarşı hörmətsizlik və saymamazlıqdır. Adı hüquq-mühafızə orqanlarında, məhkəmələrdə, televiziya və mətbuatda, nazirlik və idarələrdə çox saylı qanun pozuntuları və cinayət tərkibli əməllərin baş alıb getməsi barədə mütamadi olaraq hallandırılan musiqi məktəbinə C.Hacıyev adını layiq bilənlər onun şəxsiyyətinə və musiqi aləmində olan nüfuzuna ciddi zərbə vururlar. Mədəniyyət nazirliyi, Bəstəkarlar İttifaqı, C. Hacıyevi sevənlər, onun davamçıları və nəhayətdə ailə üzvləri bu rüsvayçı vəziyyətə etiraz etməlidirlər.

Hörmətli redaksiya, Sizdən xahiş edirəm bu ərizəni öz saytınızda dərc edərək ictimaiyyəti məsələ barədə xəbərdar edəsiniz.

 

Problemin varlığını və eləcədə butunluklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

 

MÖVZUNUN ARDI VAR !!!

 

MÖVZUNU DİQQƏTDƏ SAXLAYACAĞIQ...

 

 

ARAŞDIRMALARIMIZ DAVAM EDİR…

 

скачать dle 12.1
Xəbər lenti