Astara rayonunda bələdiyyə pandemiyası - video

7-07-2020, 12:10
14 922
Astara rayonunda bələdiyyə pandemiyası - video

Əziz oxucular.

Redaksiyamıza gələn şikayəti diqqətinizə çatdıraraq bildirirəm ki, Astara rayon Ərçivan qəsəbə sakini, 1971 - ci il təvəllüdlü Vəliyeva Gülbahar Oruc qızı, zəhmətkeş bir insan kimi, 2000 - ci ildən bələdiyyədə xadimə işləyən xanım, bələdiyyə məmuruna  əmək kitabçasını təqdim edərək, öz əməyini rəsmiləşdirib. Bu günə kimi bələdiyyədə xadimə vəzifəsində işləyən Gülbahar xanıma, 1 - yanvar, 2020 - cı il tarixdən vəzifəsinə başlayan, yeni seçelmiş bələdiyyə nümayəndəsi Quliyev Mehman Tofiq oğlu, 30.06.2020 – tarixdə,  Gülbahar xanımın əmrini verilmədiyini, və onun işdən azad olunduğu bildirib. Gülbahar xanım Quliyev Mehaman Tofiq oğlunun bələdiyyə nümayəndəsi olduğu gündən bu günə kimi, artıq 6 - aydır ki, maaşını almadığını bildirib. Bu bələdiyyə nümayəndəsindən  əvəl gələn, bələdiyyə nümayəndəsi İradə Rzayeva da, 7 - ay, Gülbahar xanımın maaşını verməyib. 13 - ay  gündəlik vəzifəsini yerinə yetirənGülbahar xanımın maaşı bu bünə qədər verilməyib. Gülbahar Vəliyeva qeyd etdi ki, xadimə kimi ona ayda 75 - manat maaş verilib. Bələdiyyə nümayəndəsi, 13 - ayın maaşının vermək əvəzinə, heç bir əsas göstərmədən, Gülbahar xanımın əmrinin verilmədiyini əsas gətirərək, işdən texniki səbəbdən azad edildiyini bildirib. Quliyev Mehman Tofiq oğlu, Gülbahar xanımın əmək kitabçasından  xəbəri olmadığını bildirib. İradə Rzayevanın bütün sənədləri yandıranda, Gülbahar xanımında əmək kitabçasını yandırdığını bildirən, Quliyev Mehman Tofiq oğlunun sözlərinə görə, 20 - il bələdiyyədə iş stajı olan Günbahar xanım, bu anormal vəziyyət haqqında redaksiyamıza şikayət etdiyi zaman, onun əmək kitabçasının taleyi nəmalüm olduğunu bildirib. O, İradə Rzayeva və Mehman Quliyevin, əmək kitabçasının məsuliyyətini, biri - birinin boynuna atıraq, məsuliyyətdən qaçdıqlarını bildirir.

Qeyd: quliyev Mehman Tofiq  oğlunun atası Tofiq Quliyevin rəsmi adı Tofiq olsa da, kənd sakinləri Tofiq kişini Akif kimi tanıyır.
Bələdiyyə nümayəndəsi Quliyev Mehman Tofiq oğlu bələdiyyənin özünü maliyyələşdirən müstəqil bir qurum olduğunu, Gülbahar xanımın əmək kitabçasını heç vaxt görmədiyini, o işə gələrkəm Gülbahar xanımın bələdiyyədə işlədiyinə dair heç bir sənədin olmadığınıbildirərək, büdcədə pul olmadığı üçün maaş verə bilmədiyi üçün Gülbahar xanımın əmrini verməyib. Gülbahar xanımın 75 - manat maaş aldığını eşidən bələdiyyə nümayəndəsi Aərbaycanbaycanda 03 - sentyabr, 2019 - cu il tarixindən minimal əmək haqqı 250 mantdı. Təbii ki.  30 may , 2019 - cu ildə axırınçı maaşını alan Gülbahar xanım onun maşı 250 manat olduğunu hardan bilsin? Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev, pandemiya dövrində, heç kimi işdən azad edilməməsi haqqında göstərişi ilə bağlı sualımıza, bələdiyyənin müstəqil, özünü idarə edən qurum olduğu üçün, bu göstərişin ona dəxli olmadığını bildirib.

Bir ana kimi, məsələnin KİV - də yayılmadan, həll etmək istəyən əməkdaşımız, Şirinbacı Rzayeva, Quliyev Mehman Tofiq oğlunun mobil telfonunu alaraq, ona zəng edib. Şirinbacı Rzayeva, məsələnin həl olunmasına çalışsada, Quliyev Mehman Tofiq oğlu, evdə aldığı tərbiyyəsini göstərib, mobil telüfon nömrəsini verənidə, ona zəng edənin də nəslini nəcabətini söyərək əməkdaşımızı və şikayətçini təhqir edib. Ümumiyyətlə onları polisə verməklə təhdid edərək telefonu söndürüb.

Gülbahar xanıma dair şəxsiyyət vəsiqəsinin kodu ilə onun Astara rayon Ərçivan qəsəbə bələdiyyəsində çalışdığı və nə qədər maaş aldığı hakda məlumat, açıq aşkar göründüyünü nəzərə alaraq, Quliyev Mehman Tofiq oğlunun, qurulmuş bir senari üzrə Əmək kitabçasının taleyi və Gülbahar xanımın işdən çıxarılması ilə bağlı şəxsi planı olduğuna əminik.

Əziz oxucular. 

Bir xadimənin maaşına göz qoyan bələdiyyə üzvü, görəsən öz  bələdiyyə ərazisində hansı oyunlardan çıxır?

Bəs Gülbahar xanımın 20 - il bələdiyyə də çalışdığının sübutu olan əmək kitabçası necə olsun?

İstənilən insaan, işə girərkən əmək kitabçasını işə götürən məmura təqdim edir. Həmən məmurunda vəzifəsi, bu sənədi rəsmiləşdirməkdir. Təsəffür edin ki, 20 - il sonra məlum olur ki,  sizin əmək kitabçanız yox olu. "Göyə uçub".

Məsələ ilə bağlı aidiyyatı orqanlara tam məlumat veriləcək. 

Quliyev Mehman Akif oğlunun əməllərinə hüquqi qiymət verilərək, məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. 

Ardı var... 

скачать dle 12.1
Xəbər lenti