Daxili İşlər Naziri Vilayət Eyvazova Bərdə rayon sakinindən müraciəti

9-08-2020, 15:08
511
Daxili İşlər Naziri Vilayət Eyvazova Bərdə rayon sakinindən müraciəti

Cənab Nazir .

07.08.2020 - tarixdə mən Prezident Aparatına, Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevdən şikayət etməyə getmişdim.

İcra Aparatının qarşısında, bir polis əməkdaşı, məni itələyib təqqir etdi. Və mənə dedi ki, - Az sənə deyirəm çıx burdan,  deyəsən sənə üz verdim a...

Cənab Nazir.

Biz hüquqi dövlərdə yaşayırıq. Mən bilmək istəyirəm ki, polisə bu  təlimatını siz vermisiniz?

Mən 2 – ci qrup əlil kimi, Azərbaycan vətəndaşı kimi, bunu bilmək haqqım və hüququmdur.

Sizin vicdanlı Nazir olduğunuzu bilirik. Və inanıram ki, bu barədə ölçü götürəcəksiniz. Əvvəlcədən sizə təşəkkürümü və  münnətdarlığımı bildirirəm.

Hörmətlə Bərdə rayon sakini, Qasımova Lətafət Qara qızı.


Xəbər lenti