Sabirabadda əkin sahələrinin suvarılması və meliorasiya işləri genişləndirilir

13-08-2020, 11:54
26 536
Sabirabadda əkin sahələrinin suvarılması və meliorasiya işləri genişləndirilir

Sabirabadda suvarma və meliorasiya işləri genişləndirilir, yeni-yeni irimiqyaslı layihələr həyata keçirilir ki, bu da rayonda kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Sabirabad rayon Mexaniki Suvarma Idarəsinin rəisi Mirəlif Miriş oğlu Əzizov əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və meliorasiya işlərinin genişləndirilməsi məqsədilə ötən il 5 yeni su nasosu quraşdırıb, 18 nasos və 67 hidrotexniki qurğuda əsaslı təmir işləri aparılıb, 1509 kilometr uzunluğunda su kanalı, 550 kilometr drenaj-kollektor lildən təmizlənib. Rayonun Moranlı-Sərxanbəyli, Bala Həşimxanlı, Əlilənbəyli və digər kəndlərinin əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 kilometr olan “H” kanalı istifadəyə verilib. Nəticədə 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşmasına imkan yaranıb.

Hazırda Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında meliorativ tədbirlər icra edilir. Bu layihə başa çatdıqdan sonra 13 min 866 hektar torpaq sahəsinin suvarılması mümkün olacaq.

Görülən bu işlərlə yanaşı, yaz və yay aylarında Kür və Araz çaylarında baş verə biləcək daşqınlar zamanı əkin sahələrinin mühafizə olunması məqsədilə hər iki çayın sahili boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Çayların Sabirabad rayonunun ərazisində keçən hissəsi boyunca indiyədək 43,1 kilometr məsafədə təmir və 50 kilometr məsafədə qaya kəsmə işləri, həmçinin betonla sahil bərkitmə işləri aparılıb. Bütün bunlar əkin sahələrinin daşqınlardan mühafizəsini təmin edəcək.

Azərbaycanda Sabirabad rayon Mexaniki Suvarma Idarəsinin rəisi Mirəlif Miriş oğlu Əzizov kimiməsuliyyətli, fədəkar insanlar nə qədər çox olsa, ölkəmiz bir o qədər tez inkişaf edər...

скачать dle 12.1
Xəbər lenti