Tanrıverdi Mustafayev: Heydər Əliyev əməyinin bəhrəsi

17-08-2020, 08:51
19 568
Tanrıverdi Mustafayev: Heydər Əliyev əməyinin bəhrəsi

Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüş fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da ümummilli liderimiz Heydər Əliyev bəşər tarixində hər hansı bir dövlətin başçısının öz ölkəsi üçün edə bilmədklərini Azəbaycan üçün reallığa çevirmiş şəxsdir...

 Tanrıverdi Mustafayev: Heydər Əliyev əməyinin bəhrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Demokratik Respublikasının yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada təkrarlandı: SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı Azərbaycan da öz müstəqilliyini elan etdi: 1991-ci il oktyabrın 18-də «Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı»nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması Dahi Rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşmışdır. Belə ki, 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən 1991-1993-cü illər ərzində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa rəvac vermiş AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, əvvəllər yaradılmış qüdrətli iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, Milli sərvətlərimiz talan edildi. Həmin dövrdə qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verildi ki, bu da separatizm meyllərinin güclənməsinə əlverişli şərait yaradırdı. Cəmiyyətdə cəzasızlıq şəraitində cinayətkarlıq görünməmiş bir həddə çatdı: vətəndaşlar öz adicə hüquqlarını qoruya bilmirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr ona gətirib çıxartdı ki, torpaqlarımızın böyük bir hissəsi, demək olar ki, ermənilərə müharibəsiz təhvil verildi. Bir milyondan artıq soydaşlarımız öz doğma yurdlarından didərgin düşdü. Nəticədə, Azərbaycanın yenicə əldə edilmiş dövlət müstəqilliyi, ökəmizin ərazi bütövlüyü böyük təhlükə ilə üzləşdi.

 

Şahmar Zərdabi

скачать dle 12.1
Xəbər lenti