2017-ci il sentyabr ayının 14 də imzalanan sazişlərdə yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

2-09-2020, 05:37
28 382
2017-ci il sentyabr ayının 14 də imzalanan sazişlərdə yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

 Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan müstəqil olması ilə sərvətlərinin istismarına başladı.  Azərbaycanın  elan olunmamış müharibəyə cəlb edilməsi və ölkədəki destruktiv  vəziyyət hasilat sənayesinə investorların gəlişini  əngəlləyirdi. İnvertorlar sərmayələrinə dövlətin təminat verməsini  istəyirdilər.

  "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yaz və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.

  Həmin dövr haqqında İlham Əliyevin  sonradan deyirdi: “ Biz xarici şirkətlərin nümayəndələrinə deyirdik: Siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.

Bütün çətinliklərə baxmayaraq, müqavilə həmin dövürkü  Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı."Əsrin müqaviləsi" adlanan sövdələşmə 1994-cü ildə imzalandı və inverstorlar Azərbaycana gəldilər.

 

Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoco”, BP, "McDermott”, "Unocal”, SOCAR, "LUKoil”, "Statoil” (indiki "Equinor”), "Exxon”, "Türkiye Petrolleri”, "Pennzoil”, "Itochu”, "Remco”, "Delta”) iştirak edib.

Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü.  Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

 

Müqavilə üzrə  Bp 36%-ə yaxın, Azərbaycan Respublikası adından SOCAR 11.6% paya malik idi, Şevron və İnpeks hər biri təxminən 11%-lə iştirakçı idi.

 

2004-ci ildə MHSŞ təşəbbsunə qoşulub, bu sahıdə lider olan Azərbaycan daha sonra bu təşəbbüs üzrə öhdəlikləri yerinə yetirmədi.

2009-cu ildə afşorlarda qeydə alınmış Azərbaycanın siyasi nifuz sahiblərinə (SNS) məxsus şirkət Azərbaycan Respublikası ilə hasilat sənayesində neft müqavilələri bağlayırdı. Bahar Energy Limited, xarici şirkət olaraq ilk dəfə Azərbaycanla 80% paya malikdir bir müqavilə imzalandı. Bu müqavilədə Bahar Energy Limited 80%, SOCAR isə 20% paya malik idi.

Bu şirkət azad iqtisadi zona olan Dubayda qeydə alınmışdır.

 

SNS tərifi altına düşən şəxslər: “Siyasi nüfuz sahibi” termini vacib dövlət funksiyalarına malik və ya malik olmuş fiziki şəxs anlamını verir və aşağıdakı şəxsləri, onların ailə üzvlərini və onların yaxın tərəfdaşları kimi tanınan şəxsləri əhatə edir, lakin bununla məhdudlaşmır: (a) ölkə rəhbərləri, hökumət rəhbərləri, nazirlər, nazir müavinləri və ya köməkçiləri; (b) parlament və ya oxşar qanunvericilik orqanlarının üzvləri; (c) siyasi partiyaların idarəedici orqanlarının üzvləri; (d) ali məhkəmələrin, konstitusiya məhkəmələrinin və ya müstəsna hallardan başqa şikayət verilə bilinməyən qərarlar qəbul edən digər yüksək-səviyyəli məhkəmə orqanlarının üzvləri; (e) hesablama palataların və ya mərkəzi bankların idarə orqanlarının üzvləri;  (f) səfirlər, xüsusi işlər üzrə müvəkillər və silahlı qüvvələrin yüksək-rütbəli vəzifəli şəxsləri; (g) dövlət şirkətlərinin inzibati, idarəetmə və müşahidə şuralarının üzvləri; (h) beynəlxalq təşkilatların direktorlar şurasının və ya eyni funksiyalı orqanının direktorları, direktor müavinləri və üzvləri. (A) bəndindən (h) bəndinə kimi qeyd edilən heç bir dövlət funksiyası orta-təbəqəli və ya daha kiçik vəzifəli şəxsləri əhatə etməsi kimi qəbul edilə bilməz.

    “Ailə üzvləri” aşağıdakı şəxsləri əhatə edir: (a) siyasi nüfuz sahibinin həyat yoldaşı və ya ona bərabər tutulan şəxs; (b) siyasi nüfuz sahibinin uşaqları və nəvələri və onların həyat yoldaşları və ya onlara bərabər tutulan şəxslər; (c) siyasi nüfuz sahibinin valideynləri və ya nənə və babaları; belə əlaqələrin bioloji, ögey və ya digər qaydada olmasından asılı olmayaraq. “yaxın tərəfdaşları kimi tanınan şəxslər” aşağıdakıları bildirir: (a) siyasi nüfuz sahibləri ilə hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin birgə benefisiar sahibliyə malik və ya hər hansı digər yaxın biznes əlaqəsi olan fiziki şəxslər; (b) siyasi nüfuz sahibinin faktiki gəliri üçün yaradılması məlum olan hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin yeganə benefisiar sahibliyinə malik fiziki şəxslər.”

 

 

Beləliklə mənfəət 1994-cu ildə imzalanmış müqavilə şərtlərinə görə xərclər çıxarılmış və mənfət neftindən Azərbaycan 80% pay almaqda davam edirdi. 1994-cü ildə  Azərbaycan I sazişə boş büdcə ilə girib milyardlar qazanmaqla çıxdı.

 

2017-ci il  14 sentyabr tarixli saziş

 

14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur.

Yeni sazişə əsasən BP layihənin operatorudur. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65%, “ONGC Videsh Limited” (OVL) – 2,31%.

Əvəlki müqavilə üzrə  Bp 36%-ə yaxın, SOCAR 11.6% paya malik idi, Şevron və İnpeks hər biri təxminən 11%-lə iştirakçı idi. Yeni sənəddə isə BP-nin payı 30.37%-ə düşəcək, SOCAR-ın hissələri isə 25%-ə çatacaq. Digər iştirakçıların hamısı 10%-dən az paya sahib olacaq.

 

 

Sazişdə iştirakçı tərəflər Azərbaycanda təsis olunmuş, Dövlətə məxsus və Dövlət adından çıxış edən AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (“SOCAR”),  digər tərəfdən isə, Kayman adalarında qeydiyyata alınmış AZƏRBAYCAN (AÇG) LİMİTED şirkəti (“AzAÇG”);  İngiltərədə qeydiyyata alınmış BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED şirkəti (“BP”);  Bermud adalarında qeydiyyata alınmış ŞEVRON XƏZƏR, LTD şirkəti (“Şevron”);  Baham adalarında qeydiyyata alınmış EKSON AZƏRBAYCAN LİMİTED şirkəti (“Ekson”);  Yaponiyada qeydiyyata alınmış İNPEKS SAUSVEST KASPİAN Sİ, LTD. şirkəti (“İNPEKS”);  Kayman adalarından qeydiyyata alınmış İTOÇU OYL EKSPLOREYŞN (AZƏRBAYCAN) İNK. şirkəti (“İtoçu”); Hindistanda qeydiyyata alınmış ONGC VİDEŞ LİMİTED şirkəti (“ONGC Videş”); Norveçdə qeydiyyata alınmış STATOYL ABŞERON AS şirkəti (“Statoyl”); Türkiyədə qeydiyyata alınmış TÜRKİYE PETROLLERİ A.O. şirkəti (“TPAO”)

arasında bağlanmışdır.

Müvafiq qeydiyyat sənədləri ilə təsdiq edildiyi kimi, Tərəflərin hamısı qeydə alındıqları ölkələrin qanunvericiliyinə əsasən hüquqi şəxsdirlər.

 

Bəc  BS niyə açıqlanmır?

Benefisiar sahibliyin beynəlxalq tərifi: hüquqi şəxs üzərində sahibliyi olan, ondan yararlanan, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində təsirə malik olan fiziki şəxs deməkdir. Saziş üzrə hüquqi şəxslərin arxsında duran fiziki şəxs və ya şəxslər açıqlanmaması hasilat sənayesinə malik olan dövlətlər üçün arzu olunmazdır. Lakin burada tövsiyyə və qınama ilə kifayətlənmək olmur. Çirkli pulların yuyulmasına qarşı Avropa Birliyinin direktivləri, BMT-nın dayanıqlı inkişafin dəstəklənməsi,MHSŞ təşəbüsləri BS icbari tətbiqini diktə etdiyi halda, Azərbaycanda  İcbari benefisiar sahibin açıqlanması rejiminin tətbiq edilməsinə təsir edəcək  qanunvericilik aktları bunu imkansız edir. Bu qanunlara hasilat sənayesində benefisiar sahibliyə dair məlumatların ictimaiyyətə açıq olması və həyata keçirmə mexanizmlərinin təmin edilməsi məqsədi ilə dəyişiklik edilməlidir.

 

İştirakçılara diqqət  yetirdikdə  afşorlarda qeydiyyatdan keçən şirkətlərin saziş üzrə vergidən yayınma sixemindən istifadə etməyəcəyi şübhə doğurur.

 

Azərbaycan Respublikasının Konstitusiyasına və “Yerin təki haqqında” 13 fevral 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Dövlətdə quruda və su altında yerin təkində təbii halda mövcud olan bütün Karbohidrogenlər üzərində mülkiyyət hüququ Dövlətə məxsusdur və aşağıda göstərilən rəsmi sənədlərə əsasən bu Karbohidrogenləri idarə etmək və onlara nəzarət etmək səlahiyyətləri SOCAR-a həvalə edilmişdir;

 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli 200 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına və həmin şirkətin Nizamnaməsinə əsasən SOCAR hasil edilmiş bütün Karbohidrogenlərə sahibliyi həyata keçirir və Dövlətdə bütün Karbohidrogenlərin kəşfiyyatı və işlənməsi sahəsində bütün səlahiyyətlər ona həvalə edilmişdir.

Əgər I saziş dövürndə Azərbaycanda hasilat sənayesində yerli şirkətlərin iştiraki təcrübəsi yox idisə, ötən dövür ərzində bu sahə dövlət inhisarında qalmaqla özəl sektorun hasilat sənayesinə nüfüz etməsi üçün şərait yaradılmadı. Bu sahə daha çox dövlət nəzarətində olan birgə müəssisələr və SNS-nin ofşorlarda qeydiyyatdan keçirdikləri şirkərlərlə yadda qalır.

 

İctimayyətə aydin olmayan məqamlar

 1994- cu ildə 30 illiyinə bağlanan müqavilənin vaxtı 2017-ci ildə hələ bitməmişdir.Xüsusən müqavilə şərtləri Azərbaycanın xeyrinə oldugu halda, 2017 ci ildə I müqavilənin bitmə vaxtına 7 il qalmış, heç bir  ictimayi müzakirə olmadan Azərbaycan xalqına məxsusu olan təbii sərvətlər üzərində onun mənafeyinə xidmət etməyən qərar verməkdə məqsəd nədir?

Hasilat sənayesində gün işığına çıxarılası çoxlü məsələlər və açıq qalmış sullar vardır.

Dövlət başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycanın kifayət qədər kadr potensiali və maliyyə imkanları vardır ki, hasilat sənayesində fəaliyyətini heç kimin köməyi olmadan davam etdirsin. 1994 ci il sazişindəki bütün infrastruktur Azərbaycanın mülkiyyətinə verilməli bununlada Azərbaycan Xəzər dənizində hasilat sənayesində ən yüksək texnologiyaya malik ölkəyə çevrilməli idi. Saziş şərtlərinin hansı dərəcədə yerinə yetrilməsi haqqında ictimayyət yetərli məlumata malik deyildir. Saziş iştirakçıları bu məsələdə maraqlı olan vətəndaş cəmiyyəti nümayəndələrini platformalardakı vəziyyəti naturada görməyək imkanını yaratmayıb. Baxmayarq ki, BP bu barədə dəfələrlə müraciət olunmuşdur.

 

Göründüyü kimi  I və II sazişlərdə hasilat sənayesində dövlətlə ortaqlığı olmayan, SNS-nin nəzarətində olmayan özəl şirkət görmək olmur.

 

Dövlət milli maraqları qorumaqla bu sahədə  yerli şirkətlərin inkişafi üçün xüsusi proqramlar və ümümilikdə hasilat sənayesində yerli şirkətlərə inkişaf mühüti yaratmır əksinə bu sahəni öz inhisarına almaqda davam edir. Hərcənd ki, MDB məkanında  Rusiyada vəziyyət qənaətbəxs, Ukraynada isə yaxsıdır.

 

Cəmil Hacıyev.

 

скачать dle 12.1
Xəbər lenti