Dendrologiya İnistitutunun direktoru Tofiq Məmmədov haqqında BİR NECƏ KƏLMƏ SÖZ...

3-09-2020, 12:30
6786
Dendrologiya İnistitutunun direktoru Tofiq Məmmədov haqqında BİR NECƏ KƏLMƏ SÖZ...
Xalqa əfəndilik etmək yoxdur, xalqa xidmət etmək vardır. Kim xalqa xidmət edə bilərsə, o da xalqa əfəndilik edə bilər. EMEA -nın müxbir üzvü Dendrologiya İnistitutunun direktoru Tofiq Məmmədov  xeyli müddətdir ki, bu sahəyə rəhbərlik edir. Təbii ki, bu dövrü təhlil etsək, araşdırma aparcaq ki, onun rəhbərlik dövrünü necə qiymətləndirək, düşünürəm ki, bu sualın cavabı barədə baş sındırmaga dəyməz. Sadəcə, necə deyərlər, görünən dağa nə bələdçi?
QISA TANIŞLIQ
Tofiq Məmmədov 10 fevral 1957 — ci ildəə Naxçıvan Mr Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirmişdir. 1982-1986-ci illərdə müxtəlif təşkilatlarında  çalışmışdır.

T.S. Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. 1996-cı ildən isə AMEA-nın Dendrologiya İnstitutuna (AMEA -nın Mərdəkan Dendrarisi) direktor vəzifəsinə təyin edilmişdir. T. S. Məmmədov “Landşaft memarlığı” laboratoriyasının rəhbəridir. 2000-ci ildə » Mərdəkan Dendrarisində olan qiymətli ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri və Abşeronun yaşıllaşdırmasında əhəmiyyəti» mövzusunda namizədlik, 2004-cü ildə isə «Abşeronda  yaşıllaşdırmada perspektivli ağac — kol bitkilərinin biokoloji xüsusiyyətlərini, aqrotexnikasını və xalq təssərüfatında səmərəli istifadəsinin elmi əsasları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildən AMEA-nın müxbir üzvü seçilmişdir. Onun elmi yaradıcılığı və qarşılıqlı əməkdaşlığı nəticəsində Mərdəkan dendrarisi 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyətinin üzvü seçilmişdir.

T.S.Məmmədov 27 kitabın, yerli və xarici mətbuatda dərc edilən 200-ə qədər elmi məqalənin, 11  patentin müəllifidir. Elmi məqalələri nüfuzlu “İmpact factor” jurnallarında  dərc edilmişdir.

T.S.Məmmədov Bolqarıstanın “Poleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının Ekspert Şurasının, Türkiyə Kahramanmaraş Sütçü İman Universiteti Doğa Bölümləri dərgisinin ekspert kommisiyasının, Qafqaz üzrə Botanika Bağları Ekspert Şurasının, “Hortus Botanicus” jurnalının redaksiya heyyətinin üzvüdür. Onun təşəbbüsü və fəaliyyəti nəticəsində 2006, 2010 və 2013-cü illərdə Mərdəkan dendrarisində Beynəlxalq Botanika konfransları keçirilmişdir. T.S.Məmmədov Bakı Dövlət Universitetinin “Botanika” və Odlar Yurdu Universitetinin “Tibbi biologiya” kafedrasının professorudur. Həmin Universitetlərdə “Bəzək gülçülüyü” və “Bitki ekologiyası” proqramları T.S.Məmmədov tərəfindən tədris edilir. AMEA Botanika müdafiə şurasının sədr müavinidir. 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  qulluğu məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin ekspertidir ( Azərbaycan Respublikasının Ekologiya  və Təbii Sərvətlər Nazirliyi tərəfindən) .

2005-ci ilin ekologiya sahəsində “Ilin adamı” adına, Bakı Şəhər Icra Hakimiyyətinin fəxri fərmanına, eləcə də, Qafqaz Ictimai Birliyinin “Heydər Əliyev”, Araz Maarifçilik cəmiyyətinin “Y.H.Məmmədəliyev”, “H.Zərdabi”, “Z.Tağıyev”, “Ş.İ.Xətai” və s. mükafatlarına layiq görülmüşdür. 2 dəfə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Onun rəhbərliyi ilə bir çox gənc alimlər hazırlanır.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Şöhrət Ordeninə  layiq görülmüşdür. Ailəlidir, 2 övladı var.

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki,  EMEA -nın müxbir üzvü Dendrologiya İnistitutunun direktoru Tofiq Məmmədov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Liderlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə, xalqına səmimi olmalısan…

 Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.


Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə Dendrologiya İnstitutuna ayaq basıb oranı görmək kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan. Doğrudur, bir şəxs haqqında mükəmməl yazı yazmaq istəyirsənsə, onu tam öyrənməliı, onun həyat yolunu mükəmməl bilməlisən və onu da bilməlisən ki, yazdığın yazıya görə sabah peşman olmayasan, qələminin qarşısında utanmayasan…

 AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən drektordur ki, o, hər bir əməkdaşa əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir.  AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Ölkədə artıq hər kəsə bəllidir ki, Tofiq Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Tofiq Məmmədov bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Tofiq Məmmədov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. Oda hər kəsə bəllidir ki, professor Tofiq Məmmədov yüksək savada və dünyagörüşə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Tofiq Məmmədova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir. Tofiq Məmmədov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi bacarır.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli  professor Tofiq Məmmədovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, professor Tofiq Məmmədov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa peşəkarlıq qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

...Bəli bu gun yaşğadığımız cəmiyyətdə az qala hər gün eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət isə GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən DİREKTOR, gözəl insan və əsl Vətən daşı!

P.S.

BİA.az olaraq bəzilərinin diqqətinə çatdırırıq ki,  AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla cənab direktorun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan internet qəzet və saytları həmin şantaj xarakterli yazılara görə bir gün yəqin ki, üzr istəyəcəklər.

Qaynarxeber.com


Xəbər lenti