Beynəlxalq bank ölkə prezidentin göstərişlərini yerinə yetirmir.

7-09-2020, 07:55
20 026
Beynəlxalq bank ölkə prezidentin göstərişlərini yerinə yetirmir.

 Sentyabrin 2 də ictimayi fəal, Cəmil Hacıyev Beynəlxalq bankın Nəsimi filialında qanunsuzluqla üzləşmişdir. O bu barədə saytımıza özü məlumat vermişdir. “Bankda üzün bir növbə yaranmışdı. Bank işçiləri öz keyfləri ilə işləyirdilər. Bu haqda bank işçilərinə irad bildirəndə onlar bir cavab verirdilər, razı deyilsiz şikayet edə bilərsiz. Zatən şikayətin nəticəsi aydın idi.Bank işçilərinə əmr olunub ki, I bankın mənafeyi üstün tutulsun,buna görədə müştəri məmunluğu və ya istehlakçıların hüquqlarına hörmətsilik Beynəlxalq bank işçiləri tərəfindən adi hala çevilib. Belə olmasaydı Nəsimi filialının işçiləri Məmmədov Hüseyin kobudluğa yol verməzdi, etik davranış kodeksini gözləyərdi. Abbasova Ayşən dahda irəli gedib 2 saatlıq gözləmədən sonra səs tonun qaldıraraq bildirir ki, şikayətin varsa get şikayətini elə xidmət etmirəm. Şöbə müdürü Fəxri Acalova şikayətimi bildirsəmdə, əvvəl müştəri xidmətlərin 2 hissəyə böldü. Daha sonra 2 yerə bölduyu hissənidə daha 2 yerə böldü və bildirdi ki, sizə yalnız 9 və 11 masada xidmət oluna bilər.

  Zatən 9 və 11-ci masalarda oturan Məmmədov Hüseyin və Abbsova Ayşəndən şikayətçı idim. Təkrar ora göndərilməməli və yaxud onlar xüsüsi göstəriş verilməli idi ki, iltizamlı olsunlar. Görünür Fəxri Acalov bu curə qaydaları yadından çıxarıb.İş o həddə gəldi ki, filial direktorunun daha məsuliyyətli olduğunu zənn edib ona müraciət etməli oldum.Amma bir fayda olmadı filial direktoru Xəyyam Hacıyev məsələyə anında reaksiya vermək əvəsinə mənə ərizə yaz araşdırarıq, baxarıq deyirdi. Zatən o ərizələrə baxan olsaydı vəziyyət banklarda bu həddə olmazdı.Nəsimi filialının işçiləri İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU, Banklar haqqında Azərbaycan Respublikasının Qanunu  üzündən bir dəfə oxusaydılar müştərilərlə belə rəftar etməzdilər. Eyni zamanda hər bir işçi  bankın simasidır. İlk fürsətdən reytinqi bərbad olan Beynəlxalq  bank haqqında dahada betər təsürat yaradan  bank işçiləri bunlardır:  Abbasova Ayşən, Məmmədov Hüseyn, şöbə müdrü Fəxri Acalov və filial direktoru Hacıyev Xəyyam.

Amma  ölkə başçısı bütün idarə və təşkilatlara qanun aliliyinə rəayət etməyə vətəndaşlaın hüquqlarını pozmamaq, onlarla nəzakətlə davranmaq haqqında xüsüsi göstəriş vermişdir. Beynəlxalq bankın əməkdaşları isə buna əməl etmirlər.

Qeyd edirik ki, ictimai fəal Cəmil Hacıyev “Şəffəf İdarəçilik” İctimai Birliyinin İdarə Heyyətinin üzvü, bir çox Beynəlxalq təşkilatların ölkə üzrə koordinatorlarından biri, Milli Şuranın üzvü və araşdırmaçı jurnalistdir.

Məsələ ilə ələqədar Beynəlxalq bankla əlaqə yaratmaq münkün olmadığı üçün Qaynarxəbər informasiya agentliyi olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. 

скачать dle 12.1
Xəbər lenti