Yardımlının icra başçısı da niyə həbs olunmalıdır?

8-09-2020, 11:37
16 544
Yardımlının icra başçısı da niyə həbs olunmalıdır?

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib.

S.Rüstəmxanlı bildirib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da həbs olunmalıdır:

"Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir".   

Yardımlı icra hakimiyyətindən daha bir özbaşınalıq... - QALMAQAL

«Araz» MMC-nin direktoru Rafiq Tağıyev deyir ki, 17 ildir Yardımlı rayon İcra Hakimiyyətindən pulunu ala bilmir. Direktor iddia edir ki, 2003-cü ildə icra hakimiyyətinin sifarişiylə tikdirdiyi binanın pulunu 17 ildir ala bilmir. Ona görə də, məhkəmədə icra hakimiyyətinə qarşı 305 min manatlıq iddia qaldırıb. Bu məbləğin 155 mini maddi, 150 mini isə mənəvi ziyana görə tələb olunur.

R.Tağıyevin rəhbərlik etdiyi «Araz» MMC 2003-cü il iyunun 17-də yaradılıb, qeydiyyatdan keçib. Cəmi 11 gün sonra – iyunun 28-də Yardımlının icra başçısının Astanlı kənd ərazi nümayəndəliyi ilə «Araz» MMC arasında müqavilə imzalanıb. Müqavilə öhdəlikləri də belə olub ki, «Araz» MMC nümayəndəlik üçün inzibati idarə binası tikəcək. Binanın smeta dəyəri 155 min 912 manat hesablanıb. Qarşı tərəf də bu məbləği şirkətə ödəyəcək.

R.Tağıyevin dediyinə görə, «Araz» MMC 2004-cü il oktyabrın 1-də binanı Yardımlı rayon İcra Hakimiyyətinə təhvil verib. Ancaq icra hakimiyyəti pulu şirkətin hesabına köçürməyib: «Bu məsələ ilə əlaqədar icra hakimiyyətinə müraciət edəndə deyirdilər ki, büdcədə hələ pul yoxdur, gözləyək. «Araz» MMC ilə Astanlı ərazi icra nümayəndəliyi, Astanlı bələdiyyəsi, Astanlı həkim ambulatoriyası, Astanlı kənd klubu və Astanlı poçt şöbəsi arasında da müqavilə vardı. Orada yazılmışdı ki, bu qurumlar 1 il haqqı ödənilmədən binada yerləşib, orada fəaliyyət göstərə bilərlər. Bu günə qədər də icarə haqqı ödəmədən o binadadırlar».
<!--[if !supportLineBreakNewLine]-->Şirkətin direktoru məhkəməyə iddiasında icra hakimiyyətiylə yanaşı, adları çəkilən qurumları da cavabdeh kimi qoyub. R.Tağıyev tikdiyi binanın pulunun ödənilməməsi ilə əlaqədar 2016-cı ildə Maliyyə Nazirliyinə də şikayət edib. Ona cavabında deyilib ki, qanuna görə, büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı öncədən dövlət (büdcə) öhdəlikləri götürür. Sözügedən obyekt üzrə isə müqavilə öhdəliyi olmadığına görə ona müsbət cavab verə bilməzlər.

 

Yardımlı rayon Astanlı Ərazi İcra Nümayəndəliyi də məhkəməyə ərizə verib. Ərizədə yazılıb ki, R.Tağıyevin 305 min manatlıq iddia tələbi qanunsuzdur, əsassızdır. Həm də ona görə ki, R.Tağıyev bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırmaqdan ötrü qanunda nəzərdə tutulan 3 illik müddəti ötürüb. 

скачать dle 12.1
Xəbər lenti