Kapital bankın rəhbəri prezidentin göstərişlərini yerinə yetirmir.

11-09-2020, 08:29
2088
Kapital bankın rəhbəri prezidentin göstərişlərini yerinə yetirmir.

 Kapital bankın işçilərinin vətəndaşlara qarşı qanunsuz əməlləri bankın idarə heyyətinin sədri Allahverdiyev Rövşənin vətəndaşlara sayğısızlıqından qaynaqlanır.    

İctimayi fəal, Cəmil Hacıyevin saytımıza verdiyi məlumatda deyilir: “Ödəniş kartının vaxtının üzadılması üçün 17/07/2020 tarıxdə saat 16-40 radələrində Kapital bankın Binəqədi filiallına yaxınlaşdım.Bankda iş saatı bitməmışdı amma qapını bağlamışdılar. Yan qapıdakı terminallar olan  otaqa daxıl oldum, oradan bildirdilər ki, banka daxil olun orada kartı dəyişdirin. Amma  iş vaxtı bitməmiş qapıları bağlamışdılar.Qapını döyüb saat 17-00 olmamış nə üçün qapıları bağladıqlarını, xidmət etmədiklərini soruşdum. Kapital bankın bütün filiallrında personal özün vətəndaşlardan üstün tutur və vətəndaşlarla kobud davranırlar. Bu bir başa bankın rəhbərinin tərbiyyəsinin nümayişidir. Bankın rəhbəri vətəndaşlarla münasibətdə özün necə aparırsa onun siravi işçisidə özünü o tərbiyyədə aparacaq. Belə halların dəfələrlə şahidi olmuşam. Bu dəfədə bank işçilərini qanun qaydaya, iltizamlı olmağa dəvət etdim amma sonda bankın bir qrup işçiləri tərəfindən fiziki təziqə məruz qaldım.Küçədə banka daxil olmadan mənə təcavüz edən bir qrup bank işçisi mənə ağır zərbələr vurub nalayıq ifadələr işlədirdilər.Daha sonra məni  bankın içərisinə apraıb, bankı soyan insan kimi polis çağırdılar.Mənə qarşı olan fiziki təcavuz təklükəsizlik kameralarının önündə olub.Məsələnin araşdırılması üçün DİN müraciət etsəmdə hələdə heç kim məsuliyyətə cəlb edilməyib.

   Həmin an  DİN qaynar xəttinə şikayətimi bildirdim. Bank tərəfindən ora çağrılan MP-işçiləri mənə qarşı kobud və nalayıq ifadələr istifadə edır, özlərin təqdim etməyib, sənəd göstərmədən zor tətbiq etdilər. MP formasında qanunu pozub, bankın şərləməsinə şərik olan polis işçiləri zor tətbiq etməklə məni MP maşınıa basıb 19-cu polis bölmisinə gətirdilər.Mən şikayətçi olduğum halda mənim şikayətimə baxan yox idi. Əksinə məndən şikayətçi olmadığı halda, bankın əvəzindən MP işçiləri mənə qarşı şikayətçı oldular. Görünür ki, hələdə polis formasin geyinib cinayət törədən insanlar DİN-nin sıralarında dəhşətli dərəcədə çoxdur. Polis nəyinsə müqavilində qanunun aliliyini deyil məhz bankın mövqeyini müdafiə etmək səbəbi hamıya məlumdur və belə hallar vicdanlı polislərində adına ləkədir.

   Aldığım fiziki təsiqdən halım çox pisləşmişdi, amma 19-cu polis bölməsinin polis forması geyinmiş cinyətkarları təcili tibbi yardım çağırmırdılar. Sonda vəziyyətimin kritik olmasında ehtiyat edib həkim briqadasını ora buraxdılar. Mən şikayətçı olsamda məndən ərizə, izahat alan yox idi.Əksinə bölmədə mənimlə cinayətkar kimi davranırdılar. Zorla telefonlarımı əlimdən aldılar.Buna görədə özüm təcili tibbi yardım çağıra bilmirdim.Nəhayyətdə üzün tələblərdən və cinayətkar polisləri iltizama dəvət etdikdən sonra həkim birigadası qəldi və məni qospitalizə etməkləri haqqında qərar qəbul etdi.Amma 19-cu polis bölməsinin rəisi və özünü ərazinin sahə müvəkkili kimi qələmə verən bir mayoru, özlərini təqdim etmədən, mənə qarşı təziqlər edir, həkimə məni xəstəxanaya aparmağa imkan vermirdilər. Beləliklə  19-cu polis bölməsinin mayoru və rəisinin təziqləri, məni narkotiklə hədələyərək məhkəməyə aparıb sutka verəcəklərini, digər tərəfdən kəllə beyin nahiyəmdən aldığım xəsarətdən səhhətimin pisləşməsi ilə əlaqədar mən məcburu surətdə şikayətimi geri götürdüm. Oradan çıxan kimi təcili tibbi yardim məni bölmənin yanından götürüb respublika klinik xəstəxansına apradı. İlkin yardım göstərildi. Reanimasiya şöbəsində COVİD 19 xəstələrinin olmasını nəzərə alaraq məni reanimasiyaya yerləşdirə bilmədilər. Nofəl adlı müalicə  həkimi mənim evdə, həkim nəzarətində olmaqla müalicəmi davam etdirməyi bildirdi müalicə profilaktikası yazdı.  

   Məsələ ilə əlaqədar DİN-ə online şikayət yazdım. Gecdə olsa məsləyə reaksiya verildi. MP-nin saxlama zamanı özünü təqdim etmə, sənədlərini göstərmə, vətəndaşa hüquqlarını izah etmə, polis bölməsinə gətirib təhvil vermələri haqqında sənəd, bankın vəkilliyini etmək səlahiyyətində olmamaları haqqında pozuntulari MP Baş İdarəsinin əməkdaşlarına bildirdim. 02.09.2020-ci ildə BŞBP idarəsinin əməkdaşı Anar Şah-Hüseynov tərəfindən məsələ ilə əlaqədar BŞBPİ-nə cağırış vərəgəsi göndərilmədən çağırıldım. Ərizə və izahatımı aldı. Orada da izah etdim ki, 19-cu polis bölməsinin əməkdaşları qanuna zidd əməllərə yol verib mənim hüquq və azadlıqlarımı pozublar. Məndən ərizə və izahat alıb,məhkəmə tibb ekstertiziyasına göndərmək əvəzinə mənimlə cinayətkar kimi davranırdılar.

   Bank işçisi haqqında isə mənim xəsarətimin nəticəsindən aslı olmayaraq  cinayət işi açılmalıdır. Heç kimə ixtiyar verilmir ki, kiməsə əl qaldıra və yaxud kimisə ictimayi yerdə təhqir edə. Banka edilən şikayətlərə heç baxan yoxdur. Bunlar bank rəhbərinin tərbiyyəsindən irəli gəlir.Yazdığım ərizəyə heç bu günə kimi cavab verən yoxdur.

    Kartla əlaqədar II dəfədə Kapital bankın Binəqədi filialına getdim. Bu dəfədə daha bir tərbiyyəsiz Tural adlı bank işçısı ailə tərbiyyəsin göstərdi. Kaptal bankın Binəqədi filialı,filial rəhbəri daxil olmaqla bankı boks meydançasına çeviriblər. Dəfələrlədə Kapital bankın qaynar xətt xidmətinə şikayət etsəmdə heç bir fayda yoxdur.Əksinə 3100891 nömrəsindən zəng edib təhqir və soyüşlərlə danışdılar və bildirdilər ki, get nə edirsən et, bizim banka heç kim heç nə edə bilməz.

Buyurun adi bir bank ölkədə qanunları saymır, baxmayar ki, ölkə başçısı bütün idarə və təşkilatlara qanun aliliyinə rəayət etməyə vətəndaşların hüquqlarını pozmamaq haqqında xüsüsi göstəriş vermişdir. Kapital bankın rəhbəri prezidentin göstərişlərini  yerinə yetirmir.

    Polis mənim qanuni tələblərimi təmin etməsə həm bank və DİN-i məhkəməyə verəcəm.”

 Qeyd edirik ki, ictimai fəal Cəmil Hacıyev “Şəffəf İdarəçilik” İctimai Birliyinin İdarə Heyyətinin üzvü, bir çox Beynəlxalq təşkilatların ölkə üzrə koordinatorlarından biri, Milli Şuranın üzvü və araşdırmaçı jurnalistdir.

Məsələ ilə ələqədar Kapital bankla əlaqə yaratmaq münkün olmadığı üçün Qaynarxəbər informasiya agentliyi olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

 


Xəbər lenti