MHS-də dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, Beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

22-09-2020, 06:34
22 641
MHS-də dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, Beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

 Azərbaycanda mədən hasılatının uzun tarixi vardır.

Mədən hasılatına XVIII əsrin sonlarında maraq artmaqda idi.  Abşeron torpaqları neft ehtiyatları ilə zəngin olsada həmin dövür neft emali inkişaf etmədiyi üçün əhali bu sərvətdən o qədərdə faydalana bilmirdi.

XVIII əsrin II yarısında əksər neftlə zəngin sahələr Bakı xanlarına və onun yaxın qohumlarına məxsus idi. Həmin dövürdə Abşeronun torpaqlarından çıxarılan ağ və qara neft Azərbaycanın digər bölgələrinə və Azərbaycandan xaricə karvanlarla nəql olunurdu.

Sadə əhali indi olduğu kimi həmin dövürdə də  sərvətlərdən lazımınca fayda götürə bilmirdi. Neft emal edən zavodlarının olmaması , neftin hasilatında əl ilə qazılan quyuların fantanı, ətraf mühütü ciddi çirklənməyə məruz  qoyur, quyulardan çıxan qaz isə istifdə edilmədən havaya buraxılırdı. Rusiyanın şimali Azərbaycan torpaqlarının ilhaqından sonra neft hasilatı Rusiyanın idarəçiliyinə keçdi. 

 

Çar Rusiyasının tabeliyində olan  neftlə zəngin Abşeronun  torpaqlarında 1870-ci ildə  12 şirkət fəalliyyət göstərirdisə, 1872-ci ildə neft sənayesində  iltizam sisteminin ləğvidən  əsrin sonuna kimi olan müddətdə onların sayı 140-a çatdı. Müqayisə üçün qeyd edirik ki, 1994-cü ilin sazişində şirkətləin sayı 11, 2017-ci il sazişində isə 9 şirkət mövcuddur.  

Mütəxəssizlər  XIX əsrin 70-80-cı illərində ABŞ-ın neft sənayesinin göstəricilərini Azərbaycanla müqayəsi etmiş və  müəyyən etmişlərki, o dövrdə Pensilvaniyada qazılmış 14000 quyudan 3-4 mini, Abşeronda isə 100 quyudan 40-ı neft veriridi. Şimali Amerikada neft azı 1500 fut dərinlikdən çıxarılırdı. Abşeronda işləyən quyuların dərinliyi isə 300 fut idi. Şimalı Amerikada bir neft quyusunun orta gundəlik məhsuldarlığı 60 pud, Abşeronda 1000 puddan çox idi. Neftin hər pudunun qiyməti orta hesabla Şimali Amerikada, Balaxanı mədənlərində satılan neftdən 9-10 dəfə baha idi. Bu rəqəmlər Abşeronda neft hasilatının yüksək səmərəyə malik olması haqda əyani təsəvvür yaradır. Azərbaycanlı alim professor E.Muradəliyevanın məlumatlarında1890-cı ildə Bakı stansiyasından qərbə 55 milyon pud həcmdə neft daşınıldığı və bu illər ərzində Bakı limanının yük dövriyyəsinə görə Rusiyanın limanları içərisində birnci yeri çıxması fakti göstərilir.

 

1920-ci il Azərbaycanın 11-ci ordutərəfindən işğalından az sonra bu sahadə mənfəət yalnız mərkəzi hakimiyyətin nəzarətinə keçdi. 1920-ci ilin mayın 27-də dərc edilmiş dekret əsasında Azərbaycan Neft Komitəsi yaradıldı və bütün işlər komutə tərəfindən həyata keçirilməyə başladı. Neft sənayesinin milliləşdirilməsi adı altında yerli sahibkarların şirkətləri bolşevik  hakimiyyəti tərəfindən müsadirə olunurdu, xarici şirkətlər isə ilhaq olunan ərazilərdən çıxarılırdı.

 

Bu sahədə şirkətlərin fəaliyyətinin dayandırılması nəticəsində,1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi.İşqaldan sonra, 1921-ci ilə artıq Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi.  1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı. 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə işləyirdi.

Qeyd edirik ki, neft hasilatında rəsmi statistika 1871-ci ildən , qaz hasilatında üzrə isə 1922-ci ildən aparılır.

1872- ci ildən 1920- ci ilə kimi olan dövürdə neft hasilati sənayesində özəl şirkətlərin fəaliyyəti bu sahədə daha yaxşı inkişafına səbəb olmuşdu.

1920-ci ildən 1991-ci ilə kimi Azərbaycan əhalisi sərvətlərinin sahibi olmadı, SSRİ adı altında Azərbaycanın neft sənayesi talandı.

1994-cü il sentyabrın 20-də   Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.Bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.

Bu müqavilədə Böyük Britaniyanın “BP”   (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco”  (2,08 faizi) , ABŞ-in “Amoco”  (17,01 faiz),” Unocal”   (11,2 faiz),” Pennzoil”  (9,81 faiz),” McDermott İnternational”  (2,45 faiz),Rusiyanın “Lukoyl” (10,0 faiz),Norveçin “Statoil” (8,56 faiz),Türkiyənin “Petrolleri Anonim Ortaklığının” (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi.

Neft sazişləri ilə Azərbaycanda  sabitlik təmin etilsədə , hökumət yaranan nəhəng pul sərvətinin yönəldilməsində düzgün mövqey tutmadi , ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı.

   1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ilin aprelin 17-də  isə Bakı–Supsa Qərb ixrac boru kəməri ilə neftin nəqli başlandı. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan tərəfi  "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar.Lakin Bakı-Tiflis-Kars və cənub dəmir yolu xəttlərinin inşaatında Azərbaycan beynəlxalq dəstəyi ala bilmədi.

Qeyd edirk ki, ilk neft kəməri ilə nəqli Azərbaycanda 1907-ci ildə  Rusiya imperiyasının tərkibində  olarkən Bakı-Batımi arasında inşa edildi. Kəmərin uzunluğu 885 km-dir.

1998-ci ildə Azərbaycan əsilli Mübariz Məsimovun Türkiyyədə yaratdığı Plamali yük daşıma tankerləri ilə Azərbaycan neftinin dünya bazarına daşıyırdı.Lakin sonradan şirkət rəhbərləri bir-birlərini ittiham etdilər və razılaşma pozuldu. Azsonra Məsimov isə siyasi motivlərlə Turkiyyədə həbs edilir, SOCAR Plamalı şirkətinin gəmilərini borc əvəzində mənimsəməməsi ortaya çıxır.Buradan görmək olur ki,ölkədə işgüzar mühüt hələdə çox pis vəziyyətdədir və bu invertorların Azərbaycana gəlməsini əngəlləyən faktlardandır.

Müqayisə üşün qeyd etmək istərdik ki, 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi. Həmən vaxtda bolşevik işğalına gədər neft sənayesində yerli və xarici şirkətlər fəaliyyət göstərirdilər.

 

“Resurs lənəti”

Müstəqillik illərində böyük neft sazişləri bağlandıqdan sonrakı müddətdə də ölkə rəhbərliyi xalqa məxsus olan sərvətlər üzərində öz sərvəti kimi qərar verir, gəlirləri xalqın mənafeyinə xərclənməsində ciddi korrupsiya  və qeyri şəffalıq höküm sürməkdə davam edir.

Hasiat sənayesinə hökümət tərəfindən ciddi nəzarət olunur, bu sahədə yalnız siyasi nifuz sahiblərinin (SNS)  təsirində olan şirkətlər buraxılırdı. Bir qayda olaraq ciddi korrupsiya sixemləri, ofsorlarda yaradılan SNS-nin yaxınlarına məxsus olan şirkətlər hasilat sənayesini talayır xalq isə məslənin mahiyyətini bilsədə həbs və təqiblərdən ehiyatlanaraq buna qarşı ciddi etirazlara çıxa bilmirdi. Məsələnin mahiyyətini bilən expertlər, vətəndaş cəmiyyətinin üzvüləri, siyasi partiyalar bu məsələdə  vahid mövge ortaya qoya bilməsməsinin nəticəsi olaraq, ölkə sərvətlərinin dağılmasının qarşısının alınması münkünsuz olaraq qalmaqdadır. Nəticədə hasilat sektoru və ümümi iqtisadiyyat hakimiyyətdə təmsil olunmuş SNS-i tərəfindən ciddi korrupsiya sahəsinə çevirmişdir.

Əsirlər sonra geri baxanda görünür ki, bu sərvətin səfası başqalarına cəfası isə yerli insanlara məxsusdur.Tarixdə öz neft ehtiyatlarından düzgün istifadı etməyən Nigeriya və neft ehtiyatlarından qeyri qənaətçil istifadə edən İndenoziya, sərvətlərin taleyini xalq yox ölkədəki diktatorların həll etdiyi və sonda dağıdıcı müharibələr və çökmüş iqtiadiyyata malik İraq və Liviya kimi misallarda vardır. Sərvətinə güvənib xarici borclanan, gəlirlərin daha pis idarə edən  Monqolustan, Azərbaycan kimi eyni zamanda daha yaxşı idarəçiliyə və yüksək gəlirlərə malik Norveç və Sinqapur kimi dövlətlərdə var.

Siyasi biliklər üzrə norverçli  professor Oksan Bayulgen bildirir: 1990-cı illərdə xarici neft şirkətləri Azərbaycanın sovet dövründən qalma kommunist elitalarına kənar dəstək və legitimlik gətirdilər. Bəzi mütəxəsisslərin fikrinə görə, 1990-cı illərdən sonra neft bumu Azərbaycanda sosial və iqtisadi bərabərsizliyi artırıb. Ölkə büdcəsində xərclər milyardlarla dollar olsa da, xərclərin çoxu təhsilə, səhiyyə və sosial təminata deyil, infrastruktura, hərbi büdcəyə və hökumət xidmətlərinə investisiya olunub.

İslandiyalı iqtisadçı, İslandiya Demokrat Partiyasının sədri Thorvaldur Gylfason müşahidələrinə görə, "təbii ehtiyatlarla zəngin olan və pul içində üzən Azərbaycan təhsilin uzunmüddətli perpektivdəki dəyərini lazımınca qiymətləndirmir".

ABŞ yazıçısı Maykl L.Ross "Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır" kitabında, Azərbaycan hakimiyyətinin əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu tapması haqqında yazmışdır . Yazıçının fikrincə, hər il parlamentdə büdcə müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb,”ARDNŞ vasitəsilə mənimsənilir".

Bəzi iqtisadiyyatçıların rəylərinə görə, Azərbaycanda neft sektorundan başqa digər sektorların zəif inkişafı, Holland sindromu yaranması təhlükəsini yaradır.  2015ci ildə dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra 2016-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiya uğrayıb.

Britaniyalı jurnalist Tomas de Vaal yazır ki, "neft gəlirləri Azərbaycana 2000-ci illərdə dünyanın ən böyük iqtisadi artımını təmin etmək, qısa müstəqillik dövründə yoxsulluğun kökünü kəsmək və qaçqınları evlə təmin etmək imkanı verib". 2015-ci ildə Avropanın bir sıra KİV-ləri Azərbaycan hakimiyyətini, işini “kürü diplomatiyası”-nın köməyilə görməyində ittiham edib. Müxtəlif KİV-lərin verdiyi məlumatlara görə,Avropa Şurasının deputatları xərcləri ödənilməklə bahalı səfərlərə dəvət olunaraq, bahalı hədiyyələr verilib.

  Mədən hasilatı sənayesindəkı durum.

Dövlət mədən hasilatı sənayesindəki prosseslərə nəzarəti əla alıb. 2017-ci il martın 9-da MHŞT İdarə Heyətinin qərarı ilə Azərbaycanın qurumda üzvlüyü dayandırıldıqdan sonra şoxtərəfli qrupun vətəndaş cəmiyyəti hissəsi bütün maraqlı GHT-lərə açıq tutuldu.  Fəaliyyətə olan komissiyada təmsil olunan hökümət qrumları: Dövlət Neft Fondu, Energretika Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, şirkətlər və onlarla GHT-lər olsada benefisar sahiblik və  prosesslərə şəffalığa heç bir müsbət təsir etmədi.  Çoxtərəfli qrupun 2016-cı ildə qəbul etdiyi  yol xəritəsinə əsasən  1 yanvar 2020-ci ilə Azərbaycan  benefisiar sahiblik məlumatlarını açıqlamalı idi.Amma nəinki benefisiar sahiblik məlumatlarını, hətta  budcənin təsdiq olunmasında “qızıl orta” qaydasınında tətbiqindən imtina etdi. Qeyd edirik ki, 2019-cu ildə 2020-ci ilin büdcəsi üçün bu qayda tətbiq olunmuşdu və əvvəlki büdcənin 3% qədərində artım tətbiq edilmişdi. Budcənin real iqtisadiyyata deyil resurslar hesabına şişirdilməsi korrupsiyaya yönəli addımlardandır

Hasilat sənayersindən gələn gəlirlərin idarə olunmasında vətəndaşların rolu.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.

ARDNF 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra  şəhərlərində, eləcə də Asiyada Seul və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırmışdır. Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinqi (285,6 milyon ABŞ dolları) təşkil edən ofis kompleksi; Moskva şəhərinin biznes mərkəzi,“Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi;  Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro (180 milyon ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi; Seul şəhərinin 203 Euljiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksi; Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 52,3 milyard yapon yeni (432 milyon ABŞ dolları) təşkil edən Kirarito Ginza ticarət obyektləri, alınsada bu obyektlərdən gələn gəlirlik çox cüzü həddədir.  Müqavisə üçün qeyd edirik ki, Norveç neft qəlirlərini düzgün yönəldiyi üçün maliyyə ehtiyatlarını dəfələrlə artıra bilmişdir. Sinqapurda bu sahdə lider dövlətlərdəndir.Kuveyt öz neft ehtiyatlarından başqa dövlətlərin perspektivli sahələrinə 250 milyard ABŞ dollar inverstisiya qoymuşdur.  Azərbaycanda isə siyasi nifuz sahibləri (SNS) tutduqları vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, öz yaxınlarının adlarına afşorlarda qeydiyyatdan keçirdikləri şirkətlərlə yüksək mənfəətli və daha yüksək gəlirli şərtlərlə müqavilələr bağlayaraq neft gəlirləri mənimsənilir.  

Göründüyü kimi hasilat sənayesinin dövlət nəzarətində olması SNS-nin dahada çox korrupsiya sixemlərindən istifadəsinə imkan verir. Müqaisə üçün ABŞ-da, Canadada hasilat sənayesi liberallaşması bu sahələrin inkişafını sürətləndirmiş,  şəffafığı dahada artırmışdır.

 

Hasilat sənayesindən gələn gəlirlərin xərclənməsində vətəndaşların rəyi nəzərə alınması demokratik idarəçiliyin əsas meyyarıdır.

  İsbaniyada vətəndaşların verdikləri təkliflər  yerli idarə etmə orqanlarının büdcə vəsiatlərinin sərf edilməsibdə tərtib edilir. Vətəndaşların dövlət idarəçiliyində təklifləri əsas götürən və bunu əsasında inkişaf planı hazırlayan Yaponiya dövləti II dünya müharibəsindən sonra dağılıb məhv olmuş bir ölkədən  dünyanın ən qudrətli ölkəsinə şevirə bildi.

Vətəndaşların arasında aparıaln sorğunun nəticəsi olaraq qeyd edirik ki, rəyi soruşulan hər 10 nəfərdən 9-u  mədən hasilatında nələr baş verməsi, buradakı prosseslər və korrpusiya sixemləri haqqında məlumatları azdır və ya ölkədə azad fikirin olmaması üçün bu haqda fikir bildirmək istəmir.Rəyi soruşulan 10 nəfərdən 10-nunda  təbii sərvətlərin xalqa məxsus olmasını bildirsədə hökümətin hələ bunu təmin etməməsindən şikayətçidir. İştirakçıların 10 nəfərindən 8-i mədən hasilatında liberallaşmanın başlamasında Azərbaycanın çox qeridə qalmasını və bu sektorun dövlət nəzarətindən tamami ilə çıxarılaraq şirkətlərə verilməsini bildirmişdir.  

Bir vətəndaşın fikirini olduğu kimi çatdırırq: “Biz Azərbaycan vətəndaşıyıq, ölkədə təbii sərvətlərin xalqa məxsus olması qanunla təsdiq olunubsa, su, qaz, elektirik minumum istehlak səbətinə uygun şəkildə əhaliyə pulsuz verilməlidir. İllər boyu Türkmənistan vətəndaşlarına benzinə kimi pulsuz verib. İranda hər şey ucuz və vətəndaşa verilən dövlət müavinatı var. Rusiya, Avropa dövlətləri heç kimi aç, küçədə qoymur. Avropada  işləyən və işləməyən əhalinin gəlirlərində həmin ölkənin vətəndaşı olduğu üçün minimal səviyyədə suya, elektrikə, qaza və s. olmaqla sərvətlərdən pulsuz istifadə səviyyəsi nəzərə alınmaqla maaş və müavinat verilir. Biz bu ölkənin vətəndaşıyıq və bu ölkənin sərhədləri daxilində  sərvətlər bizimdirsə, minimal səviyyədə pulsuz istifadə təmin olunmalıdır. Ölkənin az qala 80% işsizdir amma hökümət  işsizlərə  müavinat vermir, hansı neft gəlirləri və ya mədən sənayesindəki mənfəətdən danişmaq olar?

Azərişiq, Azərqaz, Azərsu və s.digərləri  bu sərvətləri xaricdən alıb gətirmir, bu xalqa məxsus və ölkədədir, heç olmasa müəyyən səviyyədə adam başına pulsuz istifadə limitləri olmalıdır və limiti keçəndən sonra pul verilməlidir. Müavinat verməyə əlləri gəlmirsə heç olmasa ölkə sərvətlərindən limitli pulsuz istifadə təmin olunsun. Sovet vaxtında kasib əhalinin güzaranı dəfələrlə bu quruluşdan yaxşı idi ”

   Göründüyü kimi neft gəlirlərinin nəticəsində dəyişən və nisbətən modelləşən Azərbaycanda idarəçilik yarıtmaz vəziyyətdə, sadə əhalinin təminati isə SSRİ tərkibində olduğu səviyyədəndə aşağıdır.

Cəmil Hacıyev

скачать dle 12.1
Xəbər lenti