Şəhid ailəsini ərə vermək istəyən İcra Hakimiyyəti başçısının müavini Bəybala oğlu ...

22-09-2020, 16:15
102 689
Şəhid ailəsini ərə vermək istəyən İcra Hakimiyyəti başçısının müavini Bəybala oğlu ...

Hacıqabul rayonundan redaksiyamıza gələn şikayəti diqqətinizə çatdırırıq.

Hacıqabul şəhər İsmət Qaibov küçəsi ev 1 – A  mənzil 2 ünvanında qeydiyyatda olan Şirəliyeva Mətanət Əbülfəz qızı, 29.04.1993 – cü ildə Şirəliyev Yengibar Ağaverdi oğlu ilə ailə həyatı qurub.

 Şirəliyev Yengibar Ağaverdi oğlu 03.05.1994 – cü ildə Ağdərə rayonunun alınması istiqamətində gedən döyüşlərdə qəlpə yarası alıb, qəhrəmancasına yaralı - yaralı döyüşüb və vətən uğründa şəhid olub.

02.02.1994 cü ildə qızları Şirəliyeva Günel  Yengibar qızı dunyaya göz açıb. Şirəliyeva Mətanət  Əbülfəz qızı  balası Günelə, həm ata - həmdə ana olub. Çox çətinliklə şəhidimizin yadigarı Günel xanımı boya - başa çatdırıb.

Qızı Günel Şirəliyeva üçün Hacıqabul rayon İcra Hakimiyyətindən ev almaq istəyən Şirəliyeva Mətanət Əbülfəz qızı dəfələrlə icra hakimiyyətinə müraciət etsədə, heç cürə Hacıqabul rayon İcra Başçısı Rüstəm Xəlilovun qəbuluna düşə bilmir.

 Şirəliyeva Mətanət, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mirzəyev Nurbala Bəybala oğlunun özünü bəy və ya xan kimi aparaq qəbula gələn vətəndaşları kobut şəkildə təqqir ediyini bildirir.

 

Mirzəyev Nurbala Bəybala oğlu, Mətanət xanımıda çox kobut şəkil də təhqir edib.

Nirbala Mirzəyevin qəbuluna gələn Mətanət xanım ona qızı Günelin ev problemi olduğunu

deyərək onların şəhid ailəsi olduğunu qeyd edib.

 

 

Bəybala oğlu Nurbala isə onu izteza ilə ələ sala - sala  “ Bir qarı olur. O qarı həkimə oram ağrıyır - buram ağrıyır deyir. Həkim isə cavabında ona ərə getmək lazımdır deyir.” Ifadəsi bəs deyilmiş kimi hələ “ sən cavan gəlinsən, sənə ərə getmək lazımdır, nədi kişi tapa bilmirsən?” sözü ilə Mətanət xanımı kobut şəkildə təhqir edib.

Biz Redaksiyamızın adından Nurbala müəllimə Şəhid ailələrini ərə verməyi yox öz işi ilə doğru düzgün məşğul olmasızı məsləhət bilirik. Kim bilir, bəlkə Qubada, İsmaillidə İcra Hakimiyyəti başçısına etiraz edənlər bu dəfə Bəybala oğluna yerini göztərəcək? Nə isə...

 Mətanət Şirəliyeva Cənab Prezidentə müraciət edərək ona  və onun qızı Günel xanıma yardım etməklərini xahiş edir. Xahişi isə qızı Günel xanımı evnən təmin edilməsidir. Inanırıq ki Mətanət xanım evnən təmin olunacaq.

Cənab Prezidentin şəhid ailələrinə birdəfəlik 11.000 manat konpensassiya verilməsi hakda Mətanət xanımın xəbəri olmaya bilər. Bəs Hacıqabul rayon İcra hekimiyyəti bu kanpensasiya hakda niyə Mətanət xanıma məlumat vermədiyi bizə çox qaranlıq qalır.

Ardı var...

Qarşı tərəfidə dinləməyə hazırıq  

   

 

Şəhid ailəsini ərə vermək istəyən İcra Hakimiyyəti başçısının müavini Bəybala oğlu ...

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid ailəsini ərə vermək istəyən İcra Hakimiyyəti başçısının müavini Bəybala oğlu ...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid ailəsini ərə vermək istəyən İcra Hakimiyyəti başçısının müavini Bəybala oğlu ...

Şəhid ailəsini ərə vermək istəyən İcra Hakimiyyəti başçısının müavini Bəybala oğlu ...

скачать dle 12.1
Xəbər lenti