Salyan rayon inkişafının qarantı Hətəmov Sevindik Hacıağa oğlu

23-09-2020, 14:19
33 680
Salyan rayon inkişafının qarantı Hətəmov Sevindik Hacıağa oğlu

Səlyan rayonda sahibkarlığın inkişaf etdirilməsi,aparılan mühüm işlərdən biridir.Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Salyanda da yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Sevindik Hətəmov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Rayonunda sahibkarlıqla məşğul olan vətəndaşlarda hal-hazırda onlar üçün zəruri olan bütün şərait yaradığını bildirir.
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

Səlyan rayon İcra Hakimiyyətinin başçısı Hətəmov Sevindik Hacıağa oğlu Ulu Öndərimiz, Ümum Milli Liderimiz Heydər Əlirza oğlu Əliyev və onun laiqli davamçısı cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən daim diqqət mərkəzində olan Səlyan rayonu haqqında məlumat verərək qeyd edib ki, son zamanlar Səlyan rayonunda gedən abadlıq-quruculuq işləri göz qabağındadır. Məhz bu işlərin nəticəsidir ki şəhərn siması xeyli dəyişərək gözəlləşib. Turizm rayonu kimi də tanınan Səlyanda aparılan işlər digər rayonlardan və xarici ölkələrdən gələn qonaqların da diqqətindən yayınmır. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir. Necə deyərlər, min eşitməkdənsə bir görmək yaxşıdır.Səlyanda gedən inkişaf elə ilk baxışdan diqqəti cəlb edir. Şəhərin mərkəzində ucaldılan möhətəşəm üçrəngli bayraq isə şəhərə xüsusi gözəllik verir. Söz yox ki, şəhəri gözəl göstərən digər amil onun yollarıdır. Səlyan şəhərində demək olar ki bütün yollar asfaltlanıb. Bundan əlavə, mərkəzi küçələrdə hərəkətin ikizolaqlı olması gediş-gəlişi asanlaşdırmaqla yanaşı şəhərə xüsusi yaraşıq verir. Yol kənarlarında salınmış yaşıllıqlar göz oxşayır. Yaşıllıqlar vaxtaşırı suvarılır və onlara xüsusi qulluq olunur. Müasir standardlara uyğun işıq dirəkləri quraşdırılıb. Mərkəzi prospekt və küçələrin yaxınlığındakı evlərin dam örtüyü, qapıları, fasad hissəsi dövlət vəsaiti hesabına və rayonun memarlıq üslubunu qorumaqla yenilənib. Bütün bu yeniliklər sakinlərin də ürəyincədir. Səlyan rayonunda abadlıq-quruculuq işləri son bir neçə il ərzində geniş vüsət alıb. Dövlət sosial müdafiə fondu və statistika komitəsinin yerli şöbələri, təhsil şöbəsi və bir sıra mədəni-sosial obyetklər üçün yeni binalar tikilib istifadəyə verilib. Bu isə əhaliyə yüksək keyfiyyətli xidmət göstərilməsinə imkan verir. Səlyan rayonunda diqqət çəkən əsas məqamlardan biri də şəhərdə yeni parkların salınması, mövcud parkların yenidən qurulmasıdır. Burada parklar xüsusi zövqlə bəzədilib. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı, şəhər parkı, gənclik parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir. Səlyan rayonunda baş verən sürətli inkişafı sözlə izah etmək mümkün deyil. Necə deyərlər min eşitməkdənsə, bir görmək yaxşıdır. Gecə saatlarında isə şəhər bam-başqa olur. Burada yaradlılan işıqlandırma sistemləri, şəhərin gözəlliyini xüsusi rəng qatır. Bərq vuran rəngərəng işıqların yaratdığı gözəllik fonunda sanki həyat yenidən qaynamağa başlayır. Heydər Əliyev parkı, şəhər parkı, gənclik parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdən biridir.

Əməyi və fədakarlığı ilə Səlyan rayonunun inkişafına nail olan Salyan rayon icra hakimiyyətinin başçısıHətəmov Sevindik Hacıağa oğluna redaksiyanızın adından işlərində müvəffəqiyyətlər arzu edirik.

 



<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

 

 

скачать dle 12.1
Xəbər lenti