“Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

1-10-2020, 05:54
11397
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

  Su həyat mənbəyi olsada, ölkəmizdə təmiz və saf su mənbəyləri demək olar ki, düzgün istifadə olunmur. BMT-nın yaşayış səviyyəsinin qiymətləndirməsində əsas meyyarlardan biri icməli suya şatımlılığı əsas amil kimi götürmüşdür. Azərbaycanda demoqrafik artımla içməli suya və təssərrüfatların süvarılmasına olan tələbat tam ödənilmir.  Ölkə əhalisin yarıdan çoxu Bakı və Abşeron yarmadasında yaşaması eyni zamanda ölkənin sənaye komplekslərinin bu ərazilərdə yerləşməsi suya olan təlabatı ciddi sürətlə artırır.Bu gündə əhalinin suya olan tələbatı hələdə təchizatla uzlaşmır. Beləki həm içməli su ehtiyatlarından həmdə təssərrüfatların suvarılmasında düzgün idarəçilik mövcud deyil.

Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin ( Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayının  hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,39 km/km2 -dir.

Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmaqla bərabər, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən geri qalır. Respublikamızda həyata keçirilən layihələrdə ekoloji cirklənmə və ətraf mühütün mühafizəsi ya nəzərə alınmır  yada  qabaqlayıcı tədbirlər çox keyfiyyətsiz şəkildə həyata keçirilir. İçməli və təssərrüfata yararlı su hövzələri qismən qorunur. Dünyada qəbul olunmuş nörmativlərə görə işməli su dağ çayları, bulaqlar, buzlaqlar,göllər olmaqla yerüstü mənbələr götürülür və bu suyun kimyəvi tərkibi daha saf hesab edilir. Hazırda belə məndələri qoruyan və bu mənbələrdən suyu abunəçiyə çatdıran onlarla ölkə mövcudur.

   Azərbaycanda içməli su təminatı   2004-cü ildə 40, Bakı şəhərində içməli  suyu  davamlı şəkildə alan əhalinin sayı 29 faiz səviyyəsində idi. Hazırda bu rəqəmlər 70 və 82 faizə çatıbdır.

 Bakı şəhərinin ilkin su təchizatının tarixi XVIII əsrdən başlayır.

   1791-1792-ci illərdə tikilmiş su kəməri əsas ehtibari ilə İçəri Şəhəri hissə-hissə ekoloji təmiz bulaq suyu ilə təchiz edirdi. Həmin vaxtlarda Bakıya çəkilən  su kəmərləri  təlabatı ödəmədiyindən  təchizatda 1000-dən artıq quyudan da istifadə olunurdu. Bunların əksəriyyətindən yalnız məişət məqsədləri üçün istifadə edilirdi. İndi də bu quyuların bir neçəsindən yaşıllıqların suvarılması üçün istifadə edilir.1893-cü ilə qədər Bakı şəhərinin su ilə təminatında quyu suyundan kütləvi istifadə dövrü kimi yadda qalıb. 1859-cu ildə Şamaxını yerlə yeksan edən zəlzələdən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi məsəsləsi qaldırılır və Rus imperatoru II Aleksandr qədim Bakı qalasını quberniyanın mərkəzi  şəhəri olmasına razılıq verir. Bununla əlaqədar sonrakı 15 ildə tikinti sahəsi və neft sənayəsində sürətli inkişaf qeydə alınır.

   Əvvəllər olduğu kimi, bu dövrdə də Abşeron əhalisi  içməli su problemi yaşayırdı. Yüksək codluğu ilə seçilən və acı-şor dadı verən quyu suları keyfiyyətsiz sayılırdı. Tullantı sularının quyulara sızması onların keyfiyyətini lap aşağı salırdı. Bəzi tarixi mənbələrdə göstərilir ki, 1892-ci ildə Bakıda baş vermiş vəba epidemiyasına su quyularında sanitar vəziyyətin  qənaətbəxş səviyyədə olmaması səbəb olub. Müqayisə üçün qeyd edirik ki, bir milyard manata yaxın pul xərclənməklə Bakıya çəkilən Oğuz-Qəbələ su kəmərində istifadə olunun quyularda da vəziyyət eynidir. Beləki suyun mənbəyi kimi qazılan quyular ətrafında yerləşən yaşayış məntəqələrinin kanalzasiya sistemi yoxdur. Məişət sularının quyulara sızma ehtimalı aktualdır.

   1880-ci ildə Şəhər Dumasında yaradılmış xüsusi komissiya Bakı ətrafındakı mənbələrin şəhərin su təchizatı üçün yetərincə olmaması qənaətinə qəlir. Bakı və ətraf kəndlərin su ilə təchizatı üçün Abşerondan kənarda mənbələrinin axtarışına qərar verilir.

   1893-cü ildə Bakıda gücü sutkada 30 min vedrə (350 m3/sutka) olan dəniz suyunu duzsuzlaşdıran qurğu tikilmişdi. 1898-ci ildə “Artur Koppel” şirkəti tərəfindən gücü sutkada 90 min vedrə (1100 m³/sutka) olan təkmilləşdirilmiş dəniz suyunu duzsuzlaşdıran qurğu istifadəyə verilsədə bu texnologiya tez bir zamanda sıradan çıxmışdı.

   Yeni su təchizatı sisteminin yaradılmasına  ən böyük dəstəyi neft milyonçusu Hacı Zeynalabdin Tağıyev verir. Onun təklifi ilə Dumanın içməli su mənbələrinin axtarışı üzrə xüsusi komissiyası layihə hazırlanması üçün xarici mütəxəssislərə  sifariş verir. İngilis mühəndis Uilyam Lindleyə Bakı şəhərinin su təchizatı layihəsinin hazırlanması tapşırılsada bir müddət sonra Bakı Şəhər Dumasında maliyyə problemləri ilə əlaqədar işlər yarımçıq dayandırılır. Hacı Zeynalabdin Tağıyevin təkidi və maliyyə dəstəyi ilə Uilyam Lindley yenidən Bakıya dəvət olunur və ekspedisiya axtarışları davam etdirilir.

 İngilis mühəndis Uilyam  Lindleyin rəhbərlik etdiyi ekspedisiya Quba qəzasının Şollar kəndi yaxınlığında araşdırmalara başlayır və bir müddət sonra Abşerona Şollardan (Bakıdan 187 km məsafədə), Kür çayından (Bakıdan 110 km məsafədə) və Samur çayından (Bakıdan 200 km məsafədə) suyun gətirilməsi barədə layihələr təqdim edir. “Yeraltı sular” variantına üstünlük verən ingilis mütəxəssis texniki, sanitar və maliyyə baxımından Şollar mənbəyini daha səmərəli hesab edirdi.

 1917-ci ilin fevral ayında Şollar kəməri ilə ilk su Bakı əhalisinə çatdırılır. 1930-cu illərdə kəmərin quyu zonasında aparılmış texniki işlərdən sonra mənbənin məhsuldarlığı bir neçə dəfə artırılaraq saniyədə 1,27 kubmetrə çatdırılmışdır.

  SSRİ-i dövründə də Bakı və Abşeronda ciddi suya təlab qalmaqda idi , 1934-cü ildə İkinci Bakı Su Kəmərinin tikintisinə başlanılır. 1958-ci ildə Samur-Abşeron kanalı vasitəsi ilə Ceyranbatan su ambarına su gətirilir.

    Cəmi on il sonra Xaçmaz və Ceyranbatandan Bakıya gətirilən suyun  əhalinin və sənayenin tələbatını ödəmədiyi məlum olur. Sənayenin inkişafı və əhalinin Bakıya axını Abşerona yeni su kəmərinin çəkilişini zəruri edir. 1969-cu ildə Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında sutəmizləyici qurğuların inşasına, eləcə də kəmərin çəkilməsinə başlanır. Cəmi bir il sonra, 1970-ci ilin sentyabrında birinci Kür Su Kəmərləri Sisteminin 1-ci növbəsi, 1971-ci ilin sentyabrında isə 2-ci növbəsi istifadəyə verilir.

   Buna baxmayaraq, Bakı şəhərinin və ətraf qəsəbələrin içməli suya tələbatı yenə də tam ödənmir və ikinci Kür Su Kəmərləri Sisteminin tikintisi haqqında qərar qəbul olunur. 1980-88-ci illərdə 3 növbədə Bakıya yeni magistral kəmərlər çəkilir. Bu kəmər vasitəsilə yeni salınan Günəşli və Əhmədli yaşayış massivlərini su ilə təmin etmək mümkün olur.

  1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə neft sənayesinin inkişafı və neft ixracından əldə olunan gəlirin digər sahələrə və infrastrukturlara  yönəldilməsinə yol açıldı. İqtisadi inkişaf və yarımadada əhalinin çoxalması Abşerona verilən suyun həcminin artırılmasını yenidən gündəmə gətirdi.

    Hökümətin qərarı ilə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi başlanılır.  Qısa müddət ərzində mütəxəssislər bu zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başlayır. Texniki-iqtisadi əsaslandırma və layihə hazır olur. 2007-ci ilin martında kəmərin təməlqoyma mərasimi keçirilir.  Oğuzdan Bakıya qədər diametri 2000 mm olan 262,5 km uzunluğunda özüaxımlı su xətti çəkilir. Paralel olaraq Oğuz rayonu ərazisində 78 istismar quyusu qazılır və sınaqdan keçirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 2010-cu ilin sonunda başa çatır. 2010-cu il dekabrin 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və  su Bakı sakinlərinə çatdırılır. 

   Mütəxəssislərin apardığı son monitoringin nəticəsi olaraq bildirirlər ki, su quyularının əksəriyyəri quruyub, ətrafdakı meşələr məhv olmağa başlayıb. Yerli əhali onlara məxsus fındıq bağlarının məhv olması ilə üz-üzə qalmışdır. Eyni zamanda quyuların qazıldığı Oğuz rayonun Xaçmaz kəndində kanalzasiya sistemi olmadığından quyulara məişət sularının sızmasının böyük ehtimalı var.

SSRİ dövündə su təchizatı dövlət inhisarında olmuş və bu sahədə bir çox idarə və müəssisələr, insititutlar fəaliyyət göstərmişdir.Müstəqillik illərindədə bu sahədə heç bir özəlləşdirmə prosesi həyata keçirilməmişdir.

    Bu sahədə mövcud olan idarə, müəssisələr və insititutların bazası əsasında    Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilmişdir.

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir,  tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

   “Azərsu” ASC  ölkə üzrə  1554028 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1494064-ü əhali, 59964-ü isə qeyri-əhali abunəçiləridir.  Cəmiyyətin balansında 20000 km uzunluğunda su, 5000 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. 01 yanvar 2020-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 13600 nəfərdir.

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətin tərkibinə  “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu,“Bakı Sukanal” İdarəsi, “Birləşmiş Sukanal“ MMC,“Sutikinti” Müəssisəsi daxildir.

 “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu. 1995-ci ildə “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu və “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun bazasında yaradılıb. “Sukanal” ETLİ yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj  şəbəkələri, müxtəlif  tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı yardımçı bina və qurğuları layihələndirməklə məşğuldur.

 “Bakı Sukanal” İdarəsi.  “Bakı Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin 18.03.2011-ci il tarixli 17 saylı əmrinə əsasən Bakı Su Kəməri İstismar İdarəsi və Bakı Kanalizasiya Xidməti İdarəsinin bazasında yaradılmışdır. İdarənin fəaliyyətnin əsas istiqaməti su təchizatı və kanalizasiya şəbəkələrini müasir standartlara xidmət göstərmək, Bakı şəhəri əhalisini   içməli su və kanalizasiya xidmətləri ilə təmin etməkdir. 

  “Bakı Sukanal” İdarəsinin xidməti ərazisində ümumi tutumu 934 min kubmetr olan 13 mərkəzi su anbarı vardır. Bakı şəhəri üzrə magistral su kəmərlərinin uzunluğu 2400 km, yağış suları və kanalizasiya kollektorlarının uzunluğu 485 kilometrdir.  İdarə 6 tullantı sutəmizləyici qurğu və 55 kanalizasiya-nasos stansiyasına xidmət göstərsədə, yağış yağan kimi Bakı şəhəri İtaliyanın Venesiya şəhərin xatırladır.Küçələrdə göllənən yağış suları günlərlə insanların nörmal həyatına mane olur.

“Birləşmiş Sukanal“ MMC. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü tarixli 282 saylı sərəncamına müvafiq olaraq  “Azərsu“ ASC-də struktur islahatları aparılmış, şəhər və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Cəmiyyətin tabeliyində “Birləşmiş Sukanal”  Məhdud  Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “Birləşmiş Sukanal“ MMC Gəncə, Şəki, Mingəçevir, Şirvan, Ağdaş və Göyçay şəhərlərində 138554 əhali, 5024 qeyri-əhali qrupu abonentinə xidmət göstərir. 

“Sutikinti” Müəssisəsi. Əvvəllər “Sutikinti” Tresti, “Sutikinti” Birliyi adı altında fəaliyyət göstərən təşkilat 2003-cü ildən “Sutikinti” Müəssisəsinə çevrilmişdir. 2011-ci ilin may ayına qədər müstəqil hüquqi şəxs olmuş “Babək” İdman-Sağlamlıq Mərkəzi, Təmir-tikinti İdarəsi, "Sutikinti” Müəssisəsinin tabeliyinə verilmişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsində qeyd olunur.

 Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.  Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

 Cəmiyyətin hüquqi statusu -hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

Cəmiyyətin nizamnamə kapitalı və əmlakı - Cəmiyyətin nizamnamə kapitalı 400,0 milyon manatdır.  Cəmiyyətin nizamnamə kapitalı onun səhmdarları tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 manat olan 20000000 ədəd adi səhmlərdən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Bu zaman pul olmayan əmlakın dəyəri səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən edilir.

Cəmiyyətin ali idarəetmə orqanı -  onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sərəncama uyğun olaraq həll edilir.

Cəmiyyətin İdarə Heyəti - kollegial icra orqanıdır.   Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və Sərəncamla Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, Cəmiyyətin Direktorlar Şurasına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Cəmiyyətin sədrinin təklifi ilə səhmdarların ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilir.

Cəmiyyətin sədr - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir.

Hazırda cəmiyyət prezident tərəfindən təyin olunmuş sədr və müavinlər tərəfindən idarə olunur. Nizamnamıdə göztərilən İdarə Heyyəti, ümümi yığıncaq, səhimdarlar və s. olmaqla tətbiq edilmir. Bu bir daha onu göstərir ki, digər sahələrdə olduğu kimi bu sahədədə idarəçilik qeyri peşakarların əlində cəmləşmişdir. Cəmiyyətin ictimai nəzarət şurasına,korparativ idarəçiliyi malik deyil. Azərsunun saytında bunun üçün heç bir plan və strategiyayada rast gəlinmir. Hətta göndərdiyimiz sorğuya belə cavab verilməyib. Cəmiyyətin mətbuat katibi Anar Cəbrayilli bildirir ki: “Bələdiyyələr torpaqları əhaliyə satıblar indidə əhalini yeni yaşayış massıvlərində su ilə təmin etmək olmur. Yaxın gələcəkdə əhalı bələdiyyələrlə birləşib su şəbəkəsinin çəkilişini həyata keçirməlidir.Dövlətin buna vəsiti yoxdur.”

  Ölkə rəhbərinin  sədrliyi ilə 2020-ci ilin iyul ayının 27-də  Hökumətin su problemlərinə həsr olunmuş  xüsusi toplantısında və   avqustun 6-da ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirdə su məsələlərinə töxunaraq bildirib: “Azərsu ASC kifayət qədər  büdcədən maliyyə ayrılıb amma itkilər 40-50 faiz  səviyyəsindədir.  Dövlət müəssisələri arxayındırlar ki, dövlət onların borcların ödəyəcək.”

  Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri  və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.

15 dekabr 2014-cü ildə Kür sutəmizləyici qurğuları vasitəsi ilə  Sabirabad - Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 28 mart 2017-ci ildə Saatlı şəhərinə içməli su verilsədə, digər rayon mərkəzləri və kəndlərdə hələdə insanlar suyu ilkin məndəbən  sanitariya normaları gözlənilmədən istifadə edirlər.  

Ölkə üzrə kanalsaziya sistemi yalnız  Bakı şəhərində və rayon mərkəzlərinin inzibati binalarında qismən qurulmuşdur. Hazırda  Abşeron yarmadasında kanalzasiya sistemi olmayan yaşayış məntəqələri mövcudur.

 

   Bakı şəhərində kanalizasiya sisteminin tarixi XX əsrin əvvəllərindən başlayır.

  Şəhər Dumasının ingilis mühəndis Uilyam Lindleylə bağladığı müqavilədə həmdə kanalizasiya sisteminin layihəsinin hazırlanması  öz əksini tapırdı. Lakin 1918-ci ildə qəfil ölüm ona layihəni başa çatdırmağa imkan vermir. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kanalizasiya problemi yenidən aktuallaşır. 1923-cü ildə Bakı Sovetinin tərkibində texniki-kanalizasiya bürosu yaradılır və U.Lindleyin əlyazmaları və topladığı materiallar əsasında Bakı şəhərinin Baş Kanalizasiya sistemi layihəsinin işlənməsinə başlanılır.1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulur.

    Təxminən 40 ildən sonra, 1972-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının “Böyük kanalizasiya” layihəsi işlənir və qısa müddətdə tikinti işlərinə başlanılır. Bu müddətdə Hövsan Aerasiya Stansiyası, 1, 2, 3 və 4 saylı kanalizasiya nasos stansiyaları, “Sənaye zonası”, “Şəhərkənarı-Tunel” və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Bunların nəticəsində Bakıda yaranan çirkab suların 85 %-ə yaxını toplanaraq təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılması qeyd olunsada bu dənizin çirklənməsi fonunda həqiqəti əks etdirmir. 1991-ci ildə maliyyə çatışmazlığı üzündən “Böyük kanalizasiya” layihəsi üzrə tikinti işləri yarımçıq dayandırılır. Yalnız 2006-2007-ci illərdə paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə start verilir. Bu işlər çərçivəsində həyata keçirilən ən böyük layihə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi” layihəsi olub.

Bu işlər Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülüb. Nəticədə Hövsan Təmizləyici Qurğular Stansiyasının məhsuldarlığı 480 min kubmetr/sutkadan 640 min kubmetr/sutkaya qədər artırılıb.Lakin ölkə üzrə əhalinin yarıya qədəri kanalzasıya sisteminə malik deyil. Buradan aydın görmək olur ki, Azərsunun bu günə kimi gördüyü işlərdə səmərəlilik yoxdur.

  Ölkə prezidentidə su probleminə həsr olunmuş 27 iyul tarixli müşavirəsində Azərsunun yalnız budcə vəsaitini xərcləməklə yarıtmaz iş görməsi tənqid etmişdir. Lakin bu  günə kimi Azərsu ASC hər hansı strateji  dəyişik planı ilə çıxış etməmişdir.  

 

 

Cəmil Hacıyev. 


Xəbər lenti