Millət Vəkili İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILIB

9-10-2020, 10:54
3654
Millət Vəkili İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILIB

125 saylıZəngilan-Qubadlı seçkidairəsinin millət vəkili İsmayılov İmamverdi İbiş oğlunun adı deputat fəaliyyəti ilə deyil, daha çox qalmaqallarla gündəmdə olduğu hər kəsə bəllidir.

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə ilginc məlumatlar yayılb.

Bildirilib ki,  İmamveridi İsmayılov sözün əsl mənasında Sumqayıdı işğal edib. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasıda var.

İ.İsmayılovun ailəsinə məxsus xüsusi avtomobil seriyasıda var. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur.

Bu isə heç şübhəsiz deputatın oğlu – Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, 2016-cı  il adı qalmaqallı bir qətl işinə qarışmışdı.

Belə ki, Qubada RETRO otelində qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub.

Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İmamverdi ismayılovun oğluilə əlaqəli olduğu bildirilib.

Bundan başqa millət vəkilinin üç illik fəaliyyəti prezidentin tapşırıqlarına, siyasi kursuna ziddir. İ.İsmayılov prezidentin qaçqınlarla, göstərdiyi diqqəti məcburi köçkünlərə göstərməli olduğu halda, oğlunun və özünün pullarını saymaqla məşğul idi..

İ.İsmayılov qeyri-rəsmi məclislərin birində “quş” buraxıb. Deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyib. Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı, bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular. Bununla belə, İ, İsmayılov 2025-ci ildə də deputat olacağına əmindir. O bütün bunlara rəğmən yenə də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd olacağını bildirib.

Gələn məlumatlara görə, onun bu namizədliyi əhali tərəfindən də yaxşı qarşılanmır. Bir dəfədə olsun, məcburu köçkün düşmüş sakinlər Qubadlı camaatı ilə görüşməyən, İ.İsmayılovla bağlı kəskin iradlar səsləndiridiyi də bildirirlir.


Xəbər lenti