Ruxsarə Əliyeva 20 yanvar faciyyəsinin 30 - cu ildönümü münasibəti ilə xalqımıza baş sağlığı verdi

18-01-2021, 11:39
32 479
Ruxsarə Əliyeva 20 yanvar faciyyəsinin 30 - cu ildönümü münasibəti ilə xalqımıza baş sağlığı verdi

Bakı Dövlət Universitetinin nəzdnində İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva1990 - cı il, 20 - yanvar faciyyəsinin 30 - cu il dönümü ilə bağlı Azərbaycan xalqına səbir diləyərək, baş sağlığı verdi.

- Qara Yanvarbəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur – 1990 - cı il yanvarın 19 - dan 20 - nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Savet itdifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20 -də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25 - də Nefçala və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.

Azərbaycan xalqı bu vəhşiliyin qarşısında əyilmədən bir nəfər kimi 20 - yanvar 1990 - cı il tarixdə, səhər öz şəhidlərinə sahib çıxaraq küçəyə çıxaraq şəhidlərini çiyninə qoyub o zaman dağüstü park kimi tanınan ərazidə dəfn etdi.  Həmin gün beynəlxalq KİV - də Azərbaycan xalqını ilin qəhrəman xalqı kimi təqdim edərək, bütün dünyanı lərzəyə gətirən, SSSR - ordusunun qarşısına çıxaraq öz şəhidlərinə sahib çıxdığını qeyd etdi.

Azərbaycan xalqını 1990 - cı il 20 - yanvar faciyyəsinin 30 - cu  il dönümü münasibəti ilə baş sağlığı verərək səbir diləyirəm.

Biz bir xalq kimi məhz 20 – yanvar şəhidlərinin fədakarlığı nəticəsində SSSR - i ordusunu Azərbaycandan çıxararaq Azərbaycan dövlətinin müstəqilliyi qurulub.

Hörmətlə: Bakı Dövlət Universitetinin nəzdnində İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva 

 

 

 

скачать dle 12.1
Xəbər lenti