İmamverdi İsmayılov: Azərbaycan dövləti “Böyuk Vətən” müharibəsini zəfərlə bitirdiyi kimi, həmin ərazilərdə yenidən həyat canlanacaq

30-01-2021, 12:16
23 521
İmamverdi İsmayılov: Azərbaycan dövləti “Böyuk Vətən” müharibəsini zəfərlə bitirdiyi kimi, həmin ərazilərdə yenidən həyat canlanacaq

- Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli günlərini yaşamaqdadır. Artıq 30 ilə yaxındır ki, düşmən işğalında olan torpaqlarımız azad edilib. Milli Məclisdə təmsil etdiyim işğal altında olan torpaqlarımızın işğaldan azad olunması münasibətilə Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevcənablarını və Azərbaycan xalqı bir daha təbrik edirəm.

Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizədə göstərdiyi rəşadət qələbələrimizin əsas təkanverici qüvvəsidir. Mən inanıram ki, ölkəmizdəki xalq-dövlət birliyi Azərbaycan xalqı İşğal altında olan torpalarımızı azad etdiyi kimi butun sahələrdə  qələbə inanıram.

İllərdir, öz doğma yurd-yuvalarından didərgin düşmüş, Ermənistanın təcavüzkar siyasəti ucbatından məcburi qaçqın həyatı yaşayan vətəndaşlarımızın sevincinin həddi-hüdudu yoxdur. Mən bir millət vəkili kimi vətəndaşlarımızla görüşdə məcburi qaçqın həyatı yaşamağa məcbur olan vətəndaşlarımızın doğma yurdlarına qaydacaqlarını bilirdim. Zəngilan, Qubadlı camaatı cənab Prezidentimizin o torpaqları azad edəcəyinə əmin olub. Bu gün həmin tarixi an yetişib. Azərbaycan xalqı bir daha Ali Baş Komandanın bütün cəbhələrdə qələbə caldığının şahidi oldu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabılarının, siyasət meydanında nümayiş etdirdiyi peşəkarlığı gördü. Bu gün bütün dünya ictimaiyyəti cənab Prezidentimizin müdrikliyini, siyasi dahisini, peşəkarlığını həsrətlə izləyir. Qısa zaman kəsiyində Azərbaycanı yerləşdiyi regionun lider dövlətinə, ölkəmizi beynəlxalq platformaların siyasi aktoruna, qlobal iqtisadi layihələrin təşəbbüskarına çevirən cənab İlham Əliyevin apardığı genişmiqyaslı fəaliyyəti Azərbaycanın bütün uğurlarının əsasını təşkil edir. Mən inanıram ki, Azərbaycan dövləti, Dağlıq Qarabağda gedən müharibəni zəfərlə sonlandırdığı kimi, qısa müddətdə həmin ərazilərdə yenidən həyat canlanacaq.

скачать dle 12.1
Xəbər lenti