Binə və Sədərək Ticarət Mərkəzinin Müxtariyyatı... - Video

3-02-2021, 11:58
30 640
Binə və Sədərək Ticarət Mərkəzinin Müxtariyyatı... - Video

Sədərək və Binə Ticarət Mərkəzi karantin qaydalarına məhəl qoymadan öz fəaliyyətini davam edir.

Belə ki, Beynəlxalq Səhiyyə Təşkilatının Karona virus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncam İmzalayıb. Sərəncam əsasinda Nazirlər Kabinetinin yanında Operativ Qərərgah yaranıb. Qərərgaahın qərarı ilə karona virusun yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejimi yaradılıb. Sərtləşdirilmiş karantin dövrində Azərbaycanın digər şəhərlərində olduğu kimi, Bakı şəhərində də Əhali SMS – icazə ilə evdən çıxırdı. Dükanlar yalnız onlayn sifarişlə yerinə çatdırma prinsipi ilə işləməyə icazə verilirdi. Yeməkxanalar fəaliyyəti qadağan olundu. Digər dükanlar ictimai açıq alış verişə bu gündə icazə verilmir.

Karantinin ilk dəfə elan olunduğu vaxtdan bu günə kimi Binə və Sədərək ticarət mərkəzində mövcüd olan kafelər və dükanlar bir gün olsun belə fəaliyyətini dayandırmayıb. Bu gün kafelər açılmasına icazə verilsədə Binə və Sədərək ticarət mərkəzində dükanların onlayın işləməsi bildirilsədə, Binə və Sədərək ticarət mərkəzinə giriş və çıxış problemsiz olduğu kimi dükanların fəaliyyətidə olduğu kimi davam edir.

Görəsən Binə və Sədərək ticarət mərkəzinin qanunsuz fəaliyyətinə niyə göz yumurlar?

Binə və Sədərək ticarət mərkəzinə rəhbərlik edən şəxslər niyə Azərbaycan Prezidentinin sərəncamına və göstərişinə, Nazirlər Kabinetinin yanında yaranan Operativ Qərərgahin qərarlarına və Azərbaycan qanunlarına, niyə saymazyana şəkildə, əhəmiyyət vermədən əməl etmir?

Bəlkədə Binə və Sədərək ticarət mərkəzi bizim xəbərimiz olmadan öz suverenliyini və ya  müxtariyat elan edib?

Bu suallarımızın cavabını almaq məqsədi ilə Binə və Sədərək ticarət mərkəzinin rəhbərliyinə və aidiyyatı orqanlara müraciət edəcəyik.

Araşdırmamız davam edir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

  

 

 

 

скачать dle 12.1
Xəbər lenti