Yol Polisi İdarəsinin rəisi, polis geniral - mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu ilə tanışlıq

15-02-2021, 13:53
30 560
Yol Polisi İdarəsinin rəisi, polis geniral - mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu ilə tanışlıq

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis geniral - mayoru Zeynalov Ramiz Məhəmmədəli oğludur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis geniral - mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli və məsuliyyətli bir vəzifəyə yiyələnən Ramiz Zeynalov rəhbərlik etdiyi idarəni məsilliyyətlə peşəkarlığını qoruyub saxlayır.

Ramiz Zeynalov yardım etdiyi hər bir kəsin rəğbətini qazanan insanlardandır.

İndi isə polis geniral - mayoru Ramiz Zeynalovun həyat yolu ilə tanış olaq.

Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19 – da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir.

1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilmişdir. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Tovuz rayonu sabiq İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov qardaşıdır.

Ailəlidir, bir övladı var.

Bizdə redaksiyamızın adından Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis geniral - mayoru Zeynalov Ramiz Məhəmmədəli oğluna can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzu edirik.

скачать dle 12.1
Xəbər lenti