Belasuvar məktəblərində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

18-01-2020, 10:59
4 795
Belasuvar məktəblərində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Belasuvar rayon Ovçubərə kənd tam orta məktəbinin direktoru Əhəd Şərəfovun qanunsuz əməlləri hakdaçoxlu sayda məlumatlar əldə etmişik.

Redaksiyamızın məlumatına görə, direktor Əhəd Şərəfov məktəbin problemləri ilə məşğul olmaqdansa pul yığmaq və qanunsuz əməllərlə məşğuldur. 

 

Heç məktəbə gəlməyən, eləcə də kollektiv və məktəb heyəti tərəfindən tanınmayan müəllim və şagirdlərin adları Belasuvar rayon Ovçubərə kənd tam orta məktəbinin mövcud siyahısında qeyd olunub.

 

Belasuvar rayon Ovçubərə kənd tam orta məktəbinin direktoru Əhəd Şərəfov öz yaxın qohumlarının adına əlavə dərs saatları yazıb. 

 

Bundan başqa, müəllimlərin Diaqnostik Qiymətləndirilməsi zamanı Təhsil Nazirliyinin saytında bu məktəbdə işləyən müəllimlərin adlırı göstərilərək, bu şəxslərin işlədiyi məlum olub. Lakin məktəbdə həmin adamların çoxu nəinki görən, heç kimliyini tanıyan belə yoxdur.

Məktəbdə atestat və şəhadətnamə almaq istəyən mütləq Əhəd müəllimlə görüşərək onu razı salmalıdır. Siniflərin təmiri üçün mütləq ildə bir dəfə bütün siniflərdər pul yığılır. Bu pullar mütləq şəkildə bir hissəsi kasmetik təmirə xərclənsədə, çox hissəsi Əhəd müəllimin şəxsi büdcəsinə daxil olur. Bu kimi məlumatların sayı həddindən artıq çox olduğu üçün məsələnin tam mahiyyətini araşdırıb diqqətinizə çatdıracağıq.

Araşdərma davam edir...

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq...  

скачать dle 12.1
Xəbər lenti