Qax rayon İcra Hikimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlu

6-04-2021, 16:33
27 355
Qax rayon İcra Hikimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlu

                                                                                       

Azərbaycanın ən gözəl güşələrindən biri olan  Qax rayondayıq.  55.000 nəfərə yaxın əhalisi, 149,6 min hektar ümumi torpaq sahəsi,  1 şəhər 58 kənd ibarət bir rayondur. 43,7 min hektar Meşə sahəsi var. Gözəl təbiətə məxsus olan Qax rayonu müassir inkişafdanda geri qalmır. Rayonun yolları ölkımizin ən gözəl yollarından biridir. Rayonda aparılan abadlıq işləridə göz qabağındadır. Rayonda bir iki xırda para məsələləri nəzərə almasaq, Qax rayon sakinləri və rayon rəhbərliyi qonaqpərvər ürəyi açıq və səxavətlidir. Bir insan kimi rayon sakinlərinin və  rəhbərliyin qonaqpərvər, ürəyi açıq, səxavətli davranışının kökündə Qax rayon İcra Hakimiyyəti başçısıŞəkiliyev Musa Şaban oğludurur.

Qax rayon İcra Hakimiyyətinin başçısıŞəkiliyev Musa Şaban oğlu .daşıdığı məsuliyyətli vəzifəyə baxmayaraq sadə, mehriban , qonaqpərvər insan kimi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna və Ümum Milli Liderimiz Heydər Əlirza oğlu Əliyevin üzaq görən dahi şəxs kimi Azərbaycan xalqına və Azərbaycan dövlətinə verdiyi fədəkar əməyini qiymətləndirən şəxsdir.

İkinçi Qarabağ müharibəsində şəhid olmuş əsgərlərimizin dəfnində şəxsən iştirak edərək bütün xərcləri icra hakimiyyətinin hesabına ödənilməsi ilə yanaşı Şəhid olmuş şəxslərin yaxınlarına diqqət və qayğı ilə yanaşaraq, bütün ehtiyaclarını və problemlərini həll etmişdir.

 

Bizdə Qax rayon İcra Hikimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlunun tərcümei halını təqdim edirik.

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.
Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Redaksiyamızın adından Qax rayon İcra Hikimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlunun işlərində müvəffəqiyyətlər arzu edirik.

 

скачать dle 12.1
Xəbər lenti