Mehralıyev Rəfail İsa oğlun fədakarlığı təqdirə layiqdir.

21-04-2021, 13:35
6612
Mehralıyev Rəfail İsa oğlun fədakarlığı təqdirə layiqdir.

Mehralıyev Rəfail İsa oğlu, dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan,
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədriMehralıyev Rəfail İsa oğludur.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədriMehralıyev Rəfail İsa oğlu vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır. 
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədriMehralıyev Rəfail İsa oğlu böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rəfail Mehralıyev bu ağır zəhmət tələb edən, operativlik üzərində qurulmuş idarədə uzun illik zəhməti artıq öz bəhrəsini verib. Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Rəfail Mehralıyev əsl vəzifə adamıdır. Bəzən elə olur ki, anlaşılmazlıq üzündən idarəyə müraciət edən bir vətəndaşın işi ləngiyir. Həmin vətəndaş işinin həlli üçün Rəfail müəllimə üz tutmalı olur. Belə hallarda işin müsbət həlli xoş ovqat yaradır. Ötüşən illər ərzində Əlixan müəllimin xarakterini, vətəndaşa yanaşma metodunu mənimsəyən idarə işçilərinin bir devizi budur ki, bu idarəyə müraciət edən heç bir vətəndaş narazı qalmasın.
Rəfail Mehralıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Rəfail Mehralıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən
Rəfail Mehralıyev böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Rəfail Mehralıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Rəfail Mehralıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun bir polis general-mayoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Rəfail Mehralıyev gördüyü bütün işləri fərəhlə, zövqlə və böyük məsuliyyətlə yerinə yetirir! Onun fərəhi və zövqü yüksək və həssas musiqi duyumundan və yaradıcılığından, böyük məsuliyyəti isə “xalqın xidmətçisi” olmaq hissindən, dövlətçiliyimizə və prezidentimizə sədaqətindən yaranıb!
Rəfail Mehralıyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Rəfail Mehralıyev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!


Xəbər lenti