Səhiyyə Nazirliyinin qaynar xətti belə şikayətləri normal qəbul etmir.

27-04-2021, 04:39
24 200
Səhiyyə Nazirliyinin qaynar xətti belə şikayətləri normal qəbul etmir.

 Qaynarxətt informasiya portalına daxil olan məlumatda ,Pressdent qəzetinin və president.info xəbər saytının müxbiri Cəmil Hacıyev bildirir:  “Tibbi xidmətlərə görə  Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 9 saylı poliklinikada qeydiyyatdayam. 9 saylı  poliklinikanın baş həkim Lalə Hacızadə başda olmaqla poliklinikada bizim ailəyə qarşı terror həyata keçirirlər. Bizə imkan vermirlər ki, dövlətin qanunla pulsuz səhiyyəsindən istifadə edək. Ölkədə səhiyyə pulsuz olsada poliklinikada UZİ-5 manat minimum, rengen 5 manat minimum,pulsuz göndəriş yoxdur, Lalə Hacızadə hər bir  xidməti öz nəzarətinə alıb. Onun icazəsi olmadan pulsuz xidmət almaq olmur. Sonuncu dəfə Lalə Hacızadənin xüsusi göstərişi ilə rengendən pulsuz keçmişəm. İnsanlara xoş münasibət yoxdur, əhalinin maliyyə imkanı olmadığından və həkimlər xəstələri pul vermədiklərinə görə təhqir etdiklərindən insanlar xəstəlikləri ilə baş-başa qalırlar.Hansı ki, dövlət büdcəsindən maliyyələşmə sırasında səhiyyə xərcləri ilk sıralarda yer alır.  Həkimlər əhalinin saglamlığı ilə məşğul olmaq əvəzinə vaxtlarını kabinetlərdə söhbət etməklə keçirirlər.

 Bütün bu neqativ hallarla əlaqədar  dəfələrlə səhiyyə nazirliyinin qaynar xətti olan  9103 şikayət etsəkdə heç bir dəyişiklik olmayıb. Heydər və İlham Əliyevlərin şəkilini başının üzərinə vurub cidini gündəlik yığılan pullarla dolduran Lalə Hacızadəyə gözün üstə qaşın var deyən yoxdur. Baş həkim maaşı ilə nəinki   “Jeep  İnfiniti”  almaq heç  onu saxlamaq olmur. YAP-nin üzvü olmaqla vəzifəyə gəlib qaz vurub qazan dolduran baş həkimin kadr potensialida öz kimidir, həkim-endokrinoloqun II qrup şəkər xəstəsi olan anamın dərmanlarını verməkdən imtina edir, məni poliklinikadan qovur və poliklinikanı ata mülki bilir. Bu qədər qanunsuzluqlar fonunda həkim bacaracaqsızlığı , işi bacarmama, insanlar üzərində öyrənmə metodu tətbiq edən  diş həkimi aləti sındırıb kanalda qoyub və  dişim kista verib. Hazırda poliklinikada lazımı avadanlıq yoxdur və məni digər tibb müəssisəsinə müalicə almağa göndərişdə vermirlər. Bu barədə  dəfələrlə poliklinikanın diş həkiminə və baş həkimə müraciət etmişəm ki, mənə göndəriş verin lazımı yerdə dişimin müalicəsi ilə məşqul olun amma artıq üçüncü ildir ki, mənə göndəriş vermirlər.

Əhalinin sağlamlığının qorunması haqqında qanunda qeyd  edilir

Maddə 3. Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;

 

Bu halda nə Səhiyyə Nazirliyi nədə 9 saylı polikilinikanın baş həkimi vəzifə səlahiyyətlərini düzgün icra etmir və səhlənkarlıq etməklə cinayyət əməli törədirlər.

Maddə 34. İxtisaslaşdırılmış tibbi yardım

İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir.

Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

9 saylı polikilinikada mövcud avadanlıq olmaması ilə əlaqəli mənə digər tibb müəssisəsinə göndəriş verilməli idi amma üç ildir ki, mən 9 saylı poliklinikadan göndəriş ala bilmirəm.

 

Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi

Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.

Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

 

Əhalinin sağlamlığının qorunması haqqında qanun maddələrinə  əməl edilməməsi və mənim sağlamlığımın qorunması  hüququmun bərpası ilə əlaqədar məhkəməyə müraciət edəcəyəm”

Qeyd edirik ki, Cəmil Hacıyev hüquqlarının müdafiəsi ilə əlaqədar ombudsman aparatına dəfələrlə müraciət etmişdir.   Sonuncu müraciət 7 iyun 2020-ci il tarixdə elektron qaydada olsada , ombudsaman aparatı ombudsman haqqında qanuna zidd olaraq məktuba 10 iş günü deyil, 14 dekabr 2020-ci ildə əsasız şərləmə ilə cavab vermişdir. Beləki ombudsman vətəndaşın dövlət qurumları qarşısında müvəkklili olmaq əvəzinə dövlət qurumlarının vətəndaş qarşısında müvəkkili kimi çıxış edir.

İnformasiya  portalı olaraq bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.  

скачать dle 12.1
Xəbər lenti