Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev haqda ŞOK materiallar yayıldı

18-10-2021, 12:01
11 412
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev haqda ŞOK materiallar yayıldı

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevlə bağlı məlumatlar yayılıb.
Rafael Mehrəliyevin yeznəsi Eldar Şirinovun bir neçə tikinti şirkəti var. Hansı ki, həmin şirkətlər keçən ilədək Bakı şəhər İcraHakimiyyətinin tenderlərinin qalibləri olublar. Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçalarının layihələri olub. “Bu il Rafael Mehrəliyevin göstərişi ilə Eldar Şirinova tender verilməyib. Çünki E.Şirinov Rafael Mehrəliyevin ailə biznesinin oyun qaydalarını pozub.

Hətta “Baksovet”dəkilərin dili ilə desək, Rafael Mehrəliyev yeznəsi E.Şirinovu cərimə meydançasına çəkib və bu metodla ona cəza növü seçib.
Onun əvəzinə Suraxanı rayonunun tikinti tenderlərinin qalibləri Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevə yaxın olan şirkətlər olub.
Axı niyə E.Şirinov Rafael Mehrəliyev tərəfindən cərimə meydançasına çəkilsin?
Eldar Şirinov “yaxın adamına” Sabunçu qəsəbəsində villa tikdirdiyi üçün Rafael Mehrəliyevin qəzəbinə tuş qəlib. Rafael Mehrəliyev Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri vəzifəsinə keçəndə, E.Şirinov bir məclisdə deyib ki, Rafael Mehrəliyevin bu vəzifə üçün səriştəsi çox azdır. Hətta Eldar Şirinovun bu sözünə görə, Rafael Mehrəliyev yeznəsi ilə bir neçə müddət küsülü qalıb.

İndi də E.Şirinov öz “yaxın adamı” üçün tikdiyi villanı Rafael Mehrəliyev görəndən sonra qəzəbini saxlaya bilməyərək E.Şirinovu cəzalandırıb. Ancaq bu cəza növünə baxmayaraq, E.Şirinov Bakı şəhər İcra Hakimiyyətinin tenderlərindən qazandığı milyonlara Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr, Çobanzadə küçəsində yerləşən “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib, restoranın adını dəyəşərək “Favorit” qoyub. “Favorit” restoranı E.Şirinovun yaxın dostu Samir adlı şəxs tərəfindən işlədilir.

Bu obyektdən başqa, Balaxanıda Rafael Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.
Əldə etdiyimiz məlumata görə, hətta E.Şirinovun Günəşli qəsəbəsində mebel fabriki də var. Bir sözlə, Bakı şəhər İH-in tenderləri üçün bu şəxslərin hər bir ləvazimatı hazırdır. Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İcra Hakimiyyətinin “Qış” qarajının müdiridir.

Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra ölkə mətbuatı Vidadi Zeynalovun Rafael Mehrəliyevin dayısı olduğundan çox yazıb.
Ancaq 365info saytı bu şəxslərin qohumluq əlaqələrinə də aydınlıq gətirib. Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır. Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH MKTD-nin 3 saylı xüsusi təyinatlı MKTB-nin rəisi vəzifəsində işləyib. Vidadi Zeynalovun həbsindən üç gün sonra Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub. Vidadi Zeynlovun Vahid adlı qardaşı MTN-in Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib. Vahid Zeynalovun həyatda ən böyük arzusu MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində qalıb.
365info saytına daxil olan məlumatda bildirilir ki, Vahid Zeynalovun öz yaxın ətrafına dediyinə görə, onu yuxarıya çağırıb deyiblər ki, güya o Amerika yönümlü şəxs olduğu üçün rəis vəzifəsinə təsdiq ola bilməyəcək. Hətta Vidadi Zeynalovun həbsindən sonra Vahid Zeynalov MTN-dən xaric olunub.
Bu yazıda adları çəkilən hər bir şəxsin fikrini dərc etməyə hazırıq.
Araşdırmamız davam edir”.

скачать dle 12.1
Xəbər lenti