- 3 Saylı Lal Kar Məktəbi Direktoru Bahar Kərimovanın məktəbi şəxsi biznes mərkəzinə çevirib…

20-10-2021, 15:47
20 906
- 3 Saylı Lal Kar Məktəbi Direktoru Bahar Kərimovanın məktəbi şəxsi biznes mərkəzinə çevirib…

Sağlamlıq İmkanları Məhdud 3 nömrəli İnternat Məktəbinin direktoru haqqında şok korrupsiya faktları...

 

3 nömrəli İnternat Məktəbinin direktoru Bahar Kərimova tibb texnikumunu qurtarıb; hazırda direktor TQDK-nın test imtahanlarından kənar, qanunsuz yolla Nəsrəddin Tusi adına Azərbayxan Pedoqoji Universitetin biologiya fakültəsinə daxil olub və ikinci kursda oxuyur; yüzlərlə uşağın taleyini heç bir pedoqoji səriştəsi olmayan bir tibb bacısına həvalə olunmasına görə kim məsuliyyət daşıyır? …

 

3 nömrəli İnternat Məktəbinin direktoru Bahar Kərimova haqqında maraqlı redaksiyamıza maraqlı faktlar daxil olub.Təhsil  Nazirliyinin  nəzdində DE - İnstitutlaşma və Uşaqların Müdafiəsi Təşkilatının rəhbəri Məlahət Hacıyevaya birbaşa tabe olan Sağlamlıq İmkanları Məhdud 3 nömrəli İnternat Məktəbində korrupsiya və ciddi maliyyə maxinasiyaları həyata keçirilir. 

 

Məlumatda göstərilir ki, Bahar Kərimova özünün də dəfələrlə qeyd etdiyi kimi, puluna və adamına o dərəcədə arxayındır ki, bu arxayınçılıqdan 3 - nömrəli İnternat Məktəbini özünün şəxsi «biznes mərkəzinə» çevirib. Ona “Gözün üstdə qaşın var” - deyən tapılmır. Bildirilir ki, Bahar Kərimova rəhbəri olduğu internata həyat yoldaşını, qızını, qohum-əqrabasını işə gətirib dövlətin külli miqdarda vəsaitini mənimsəyir. Həmçinin məlumatda iddia olunur ki, internat direktoru dərs saatlarının verilməsindən pul alır, təqribən  700 - uşağın yemək pulunun müəyyən hissəsini mənimsəyir və hər uşağa verilən yol pulunun50 manatınıcürəbə cürə vasitələrlə mənimsəyir.

 

Müəllimləri təkmilləşdirmə kursuna göndərməklə onlara məxsus dərslərin əvəzçilik qaydasında mənimsəyən direktor həmçinin kursda olan müəllimlərin məvaciblərinin 50%-ni onlarin əlindən alır. Bahar Kərimova hər ay müəllimlərin və texniki işçilərin  məvaciblərindən 50 -60 manat tutur və bu vəsaitləri də öz şəxsi kassasına əlavə edir. Yaşlı müəllimlərin işlərində qalıb işləmələri qarşılığında isə direktorun 1000- 1500 manat pulu rüşvət şəklində aldığı ida ddia olunur.Analıq məzuniyyətinə çıxan işçilər aylıq məvacibin aya ay Bahar Kərimovaya vermək məcburiyyətində qalır. Analıq məzuniyyətinə çıxan şəxsin yerinə müqavilə ilə adam götürməsi üçün həmin insanın təcrübəsi və biliyi əvəzinə onun verəcəyi Beş min manata baxır. Həmçinin ştatda onlarla «ölü can» saxlayır. İşə alınan hər bir müəllim tərbiyyəçi və ya texniki işçi isə direktora qabaqcadan  5 - 10  min manat pul vermək məcburiyyətindədir.

 

Maraqlıdır ki, məlumata əsasən 3 nömrəli İnternat Məktəbinin direktoru Bahar Kərimova əvvəl özünü həkim, sonra biologiya müəllimi kimi təqdim etsə də, onun ali təhsili yoxdur. Hətta, o bir bioloq kimi uşaqlara bu fənndən tədris etdiyi dərsi belə deyə bilmədiyi və jurnalı düzgün doldura bilmədiyi iddia olunur. Daxil olan məlumatda göstərilir ki, Bahar Muradova təhsil nazirliyindən tutmuş rəsmi və qeyri rəsmi hamını aldadır. O sadəcə tibb kollecini bitirib. 2012 ci ildə Bahar Kərimova TQDK-nın test imtahanlarından kənar, qanunsuz yolla Nəsrəddin Tusi adına Azərbaycan Pedoqoji Universitetin biologiya fakültəsinə qəbul edilib. Saxta yolla direktor vəzifəsinə qəbul edilib, director vəzifəsini icra edə - edə universititet deplomuna yiyələnib yiyələnmədiyidə məlum deyil. Bildirilir ki, Bahar Kərimova məzuniyyət adı ilə sessiya imtahanlarına gedir.

 

7 il bundan əvvəl ali təhsili olmayan, adi bir tibb bacısının Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli İnternat Məktəbinə direktor təyin edilməsi də maraq doğuran məsələdir.

 

Təbii ki, Təhsil  Nazirliyinin  nəzdində DE - İnstitutlaşma və Uşaqların Müdafiəsi Təşkilatının rəhbəri Məlahət Hacıyeva Bahar Kərimovanı bu vəzifəyə təyin edən şəxs kimi təbii ki birbaşa məsuliyyət daşıyan şəxsdir və yüzlərlə uşağın taleyini heç bir pedoqoji səriştəsi olmayan bir tibb bacısına həvalə olunması doğurdan ölkəninin təhsil sisteminin hansı səviyədə olduğunun gösətiricisidir.

 

Onu da qeyd edək ki, Məlahət Hacıyeva bütün internet sahələrini özünün şəxsi biznes sahəsinə çevirib. Bu gün əksər internat məktəbləri ya Məlahət Hacıyevanın qohumları tərəfindən, ya da özünə etibarlı hesab etdiyi şəxslər tərəfindən idarə edilir. Misal üçün Pirşağıda yerləşən 10 saylı internat məktəbinin direktoru Minəvvər Əşrəfova Məlahət Hacıyevanın qudasıdır. 12 saylı peşə məktəbinin direktoru Fərman Aslanov isə qardaşı, 4 saylı peşə məktəbinin direktoru Alik Allahyarov isə əmisi oğludur. 72 yaşlı anası Mərhəmət Aslanova isə 5 saylı peşə liseyinin direktoru vəzifəsində çalışır. Bu siyahını saymağa başlasaq yəqin ki oxucumuzun saatlarla vaxtını alacaq. Və təsəffür edin ki, bu kəslərin də Bahar Kərimova kimi pedoqoji səriştəsi olub olmadığıda heş kimə məlum deyil.

Araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…

Ardı var…

Cabir Məmmədzadə

скачать dle 12.1
Xəbər lenti