- 3 Saylı Lal Kar Məktəbi Direktoru Bahar Kərimovadan unikal münaibət...

20-10-2021, 16:57
15 259
- 3 Saylı Lal Kar Məktəbi Direktoru Bahar Kərimovadan unikal münaibət...

Az öncə dərc etdiyimiz - 3 Saylı Lal Kar Məktəbi Direktoru Bahar Kərimovanın məktəbi şəxsi biznes mərkəzinə çevirib… adlı yazının obyektivliyini qorumaq məqsədi ilə qarşı tərəfin mövqeyini öyrənib dərc etmək istədim. Yazının linkini Bahar xanıma yollayıb, yazı hakda münasibət bildirməyini xahiş etdim. Lakin Bahar xanım bizim vatsap yazışmasının skrinşot edərək şəklini mənə yolladı. Hər ali savadlı insan yazının qarşı tərəf kimi münasibət bildirilməsinin nə qədər vacib olduğunu anlayır. Lakin Bahar xanım bu hərəkəti ilə özü özündə güya məni şantaj edərək, qorxudan o yazını çıxaracağımı düşünməklə nəinki ali savadınının olmadığını hətda heç bir savadının, elminin və helminin olmadığını ən azı mənə sübut etdi. Bu səbəbdən də biz artıq yazı ilə bağlı yalnız Bahar xanımın bir pedaqoq kimi Ali savadı olması haqda, heç olmasa 2010 cu ilin Ali Təhsil deplomunun şəklini görsək yazıya təqzib bildirə bilərik. Bu məsələ də, biri var idi biri yox idi, göydən üç alma düşdü kimi apstraxt bir hekayətə oxşayır.

 

Hörmətlə Cabir Məmmədzadə…

 

скачать dle 12.1
Xəbər lenti