3 uşaq anası intihara cəhd etdi

26-09-2015, 20:28
0
3 uşaq anası intihara cəhd etdi

Şəki şəhərində üç uşaq anası intihara cəhd edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 25-də axşam saat 20:30 radələrində Şəki şəhər sakini, 1980-ci il təvəllüdlü Mətanət Mirzə qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan 35 yaşlı Mətanət Məmmədova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib.

M. Məmmədovaya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti