Bakıda ögey ana azyaşlı qızını ölümcül döydü

6-10-2015, 23:54
0
Bakıda ögey ana azyaşlı qızını ölümcül döydü
Bakıda uşaq ölümcül döyülüb. Qız uşağı ağır vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
 
Bir neçə gün əvvəl Leyla Quliyeva (ad-soyad şərtidir) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bədənində xəsarətləri olan uşağı həkimlər dərhal müayinə ediblər, yardım göstəriblər.
 

 

Həkimlər uşağın kim tərəfindən döyülməsini soruşduqda isə gözləmədikləri cavabı alıblar. Məlum olub ki, uşağı xəstəxanaya çatdıranlar onun valideynləri yox, qonşulardır. Onlar bildiriblər ki, azyaşlını ögey anası döyərək bu hala salıb. Uşağın atası isə arvadından çəkinərək uşağa sahib çıxmayıb və xəstəxanaya gətirməyib. Qonşular uşağın vəziyyətinin pis olduğunu görüb xəstəxanaya gətiriblər. Hadisə barədə polisə məlumat verilib.  
скачать dle 12.1
Xəbər lenti