Şirvanda avtomobillə vurulan piyada xəstəxanada ölüb

20-12-2015, 22:17
0
Şirvanda avtomobillə vurulan piyada xəstəxanada ölüb
Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
 
Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.
 
Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.
скачать dle 12.1
Xəbər lenti