Bayram günlərində iki ailə qidadan zəhərlənib

3-01-2016, 17:39
0
Bayram günlərində iki ailə qidadan zəhərlənib
Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.
 
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.
 
Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki  kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri – bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib.  Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.
 
Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar.
скачать dle 12.1
Xəbər lenti