Uşaq bağçasından oğurluq etdi

19-02-2016, 15:43
0
Uşaq bağçasından oğurluq etdi
Masallıda uşaq bağçasından oğurluq edilib.
 
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakini Ağayev Tofiq Yavər oğlu oğurluqda şübhəli bilinərək saxlanılıb.
 
Saxlanılan şəxs rayonun İsgəndərli kəndi ərazisində yeni inşa edilən uşaq bağçasından su qızdırıcı sistem üçün istifadə olunan, ümumi dəyəri 3600 manat dəyərində olan əmlakı talamaqda təqsirli bilinir.
 
Saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar olunub. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.
скачать dle 12.1
Xəbər lenti