Binəqədi əhalisi soyuqdan donur – “Azəriqaz” sözünə əməl etmədi

28-10-2016, 16:25
0
Binəqədi əhalisi soyuqdan donur – “Azəriqaz” sözünə əməl etmədi

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində dünən saatlarından etibarən kəsilən təbii qazın verilişi hələ də bərpa olunmayıb.

Bu barədə qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, “Azəriqaz”dan qazın dünən axşama kimi veriləcəyi bildirilsə də, sözlərinə əməl etməyiblər: “Bu soyuqda iki gündür qaz kəsilib. Evlər bumbuz, qocası, xəstəsi var, donuruq. Nə isti yemək, nə də çay tapa bilirik içməyə. Kafelərdən yemək alaq? Axı buna hər ailənin də imkanı yoxdur. Nə vaxt zəng edirik, bir saata düzələcək deyib bizi yola verirlər”.

“Azəriqaz” istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev AzNews.az-a məsələ ilə bağlı növbəti açıqlamasında sözügedən ərazidə qaz sızması baş verdiyini deyib: “Qaz xətləri dəyişdirilir. Həmin ərazidə əhaliyə qazın verilməsinin bir hissəsi təmin olunub. Günün axırına kimi düzələcək”.

Məlumat üçün bildirək ki, İ. Kərbalayev dünən saytımıza açıqlamasında qazın verilişinin oktyabrın 27-si saat 22:00-a kimi bərpa olunacağını bildirmişdi. 

скачать dle 12.1
Xəbər lenti