Rusiyada azərbaycanlılarla özbəklər arasında kütləvi dava

14-04-2017, 12:27
0
Rusiyada azərbaycanlılarla özbəklər arasında kütləvi dava

Rusiyanın Nijniy Taqil şəhərində azərbaycanlılarla özbəklər arasında kütləvi dava düşüb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ”U Binnata”  kafesində baş vermiş davaya səbəb rəqs edən qızlar olub. Belə ki özbəklərlə kafeyə gəlmiş qızlardan birinə azərbaycanlı gənc söz atıb. Bundan sonra isə tərəflər arasında dava düşüb. Hər iki tərəfdən bir neçə nəfər xəsarət alıb. 4 nəfər xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1
Xəbər lenti