Lənkəranda Mərkəzi bazarda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

7-02-2018, 15:47
250
Lənkəranda Mərkəzi bazarda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub.

“Report”un cənub bürosunun məlumatına görə, dava zamanı iki nəfər bıçaqlanıb.

30 yaşlı Ümüd Əzimzadə və 33 yaşlı Sehran Baxşıyev bir-birinə bıçaq xəsarətləri yetiriblər. Tərəflər arasında baş verən mübahisə zamanı səslənən təhqiramiz ifadələr nəticədə bıçaqlanmaya səbəb olub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

dle
Xəbər lenti