Ağsuda baş verən dəhşətli qəzada 6 nəfər ölüb

16-03-2018, 22:37
7 773
Ağsuda baş verən dəhşətli qəzada 6 nəfər ölüb

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb. Dəhşətli avtomobil qəzasında 6 nəfər ölüb.

“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. “VAZ 2107”nin sərnişini olan 4 nəfər Siyəzən rayon sakini aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərdən 2-sinin və bir nəfər yaralının adı məlum olub.

Onlar Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

скачать dle 12.1
Xəbər lenti