Şirvanda 62 yaşlı müəllimə itkin düşüb

28-05-2018, 20:29
15 394
Şirvanda 62 yaşlı müəllimə itkin düşüb

Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb. DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

скачать dle 12.1
Xəbər lenti