Mehman Hüseynovun məhkəməsi təxirə salındı

8-06-2018, 20:29
11 178
Mehman Hüseynovun məhkəməsi təxirə salındı

Həbsdə olan bloger Mehman Hüseynovun bu gün Ali Məhkəmədə kassasiya şikayətinə baxılmalıydı. Prosesdə blogerin də iştirakı gözlənilirdi. Ancaq Mehman məhkəməyə gətirilməyib. Hakim İmran Hacıqayıbov da bildirib ki, Mehmanın gətirilməsi üçün onlar cəzaçəkmə müəssisəsinə məktub göndəriblər, amma müəyyən səbəblərdən onu gətirməyiblər. Buna görə məhkəmə iyunun 25-nə qədər təxirə salınıb.
Eyni zamanda məhkəmədə məlum olub ki, bloqqeri böhtançı kimi həbsə atdıran Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev və onun vəkili də prosesdə iştirak etmir. M.Hüseynovun vəkili Fuad Ağayev deyib ki, xüsusi ittihamçı olan polis rəisi onsuz da heç bir məhkəməyə gəlməmişdi. Bu üzdən onun və nümayəndəsinin iştirak edib-etməməsi əhəmiyyətli deyil.
Vəkil blogerin özünün məhkəmədə iştirakını vacib sayıb. Bildirib ki, şəxs öz məhkəməsində iştirak etmək istəyirsə, onun bu hüququ təmin olunmalıdır: «Bizdə məlumat var ki, Mehman Hüseynovu saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürüblər».
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.

скачать dle 12.1
Xəbər lenti