Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü

8-11-2018, 18:36
10 972
Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü

Bakıda daha bir süpürgəçi qadını təmizlik apardığı yolda avtomobil vurub öldürüb. Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “Report”a bildirib ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyv prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. Hadisəni törədən sürücü saxlanılıb.

скачать dle 12.1
Xəbər lenti