Şimal rayonlarında yağıntı gözlənir

17-06-2019, 21:28
9 177
Şimal rayonlarında yağıntı gözlənir

İyunun 18-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da iyunun 18-də bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 21-26 dərəcə isti təxmin edilir.

скачать dle 12.1
Xəbər lenti