Qızları tərəfindən öldürüldüyü bildirilən şəxsə cinayət işi ‘açılıb’

12-07-2019, 18:14
88
Qızları tərəfindən öldürüldüyü bildirilən şəxsə cinayət işi ‘açılıb’

Rusiyanın İstintaq Komitəsinin üç qızı tərəfindən öldürüldüyü bildirilən kişiyə qarşı cinayət işi açdığı xəbər verilir.

İyulun 11-də Rusiyanın xəbər agentlikləri adını çəkmədiyi mənbələrə istinadla yazıblar ki, Mikhail Khachaturyan-a qarşı cinayət işi onun qızlarına işgəncə verməsi, cinsi təcavüz etməsi iddialarından dolayı açılıb.

Bu məlumat hələ rəsmən təsdiqlənməyib.

Khachaturyan-ın üç qızının vəkillərinin deməsinə görə, Khachaturyan-a qarşı sübutlar təqdim olunub, ancaq ona cinayət işi açılmasına qohumları ilə məsləhətləşmələrdən sonra qərar veriləcək.

Rusiya qanunvericiliyi ölmüş şəxslərə ittiham irəli sürməyə imkan verir.

Khachaturyan-ın qızları – Maria, Angelina və Krestina məhdud ev dustaqlılğında saxlanırlar. Onların 57 yaşlı atası 2018-ci ilin iyulunda öldürülüb. 17, 18 və 19 yaşları olan qızlar qəsdən adam öldürməkdə təqsirli bilinsələr, 20 ilədək həbsə məhkum edilə bilərlər.

Khachaturyan bacılarının məhkəməsi Rusiya telekanallarında geniş işıqlandırılıb. Bu məhkəmə Rusiyada məişət zorakılığı ətrafında müzakirələri qızışdırıb. 2017-ci ildə Rusiyada məişət zorakılığının bir çox formaları dekriminallaşdırılıb.

dle
Xəbər lenti