Sabirabad bazarında yanğın olub

16-07-2019, 18:27
90
Sabirabad bazarında yanğın olub

Bu gün, iyulun 16-sı səhər saatlarında Sabirabad rayonundakı mərkəzi bazarın ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar yanıb. Yanan sahənin ümumilikdə 1300 kvadratmetr olduğu qeyd edilir.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Verilən məlumata görə, yanğın saat 08:02 dəqiqədə söndürülüb, bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Yanğının baş verməsi səbəbi və ümumilikdə dəyən ziyan, hələlik, açıqlanmır.

dle
Xəbər lenti