Məktəbdə bədbəxt hadisə: şagird ağır xəsarət aldı

18-09-2015, 15:57
0
Məktəbdə bədbəxt hadisə: şagird ağır xəsarət aldı

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti