Sahibkardan şantaj vasitəsi ilə pul tələb dələduz qadının navellası.

12-08-2022, 23:08
29 092
Sahibkardan şantaj vasitəsi ilə pul tələb dələduz qadının navellası.

Fırıldaqçasına özünə qəst etmənin sirləri…

II – Fəsil

Sizə təqdim etdiyimiz  novellanın birinci fəslini dərc edildikdən sona,  1981 - ci il təvəllüdlü, Qəbələ rayon Çüxur Qəbələ kəndində anadan olmuş, hazırda Apşeron rayon, Aşağı Güzdək qəsəbəsində yaşayan Qaçayeva Sevinc Müsrət qızı, sahibkar Elçin Kərimovla olan problemini həll etmək məqsədi ilə öz dələduz əməllərinə, öz doğma qızınıda alət edib. Belə ki, Qaçayeva Sevinc, milli mentaliyentimizə zidd olduğu üçün adını çəkmək istəmədiyimiz qızını, qeyri qanuni yollarla xəstəxanada bir müddət saxladıqdan sonra, guya sahibkar Elçin Kərimovun Kütləvi İnformassiya Vasitələri ilə dərc etdirən şikayətlərini görüb özünə qəsd etməyə cəhd edib, bəhanəsi ilə Sahibkar Elçin Kərimov haqqında polisə növbəti şikayətini verib. Şikayət əsassız olduğu üçün rədd edilib. Sahibkar Elçin Kərimov hadisələrin bu şəkildə cərəyan etməsinin səbəbkarı, Apşeron Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Ələddin Alməmmədovun məsləhəti və göstərişi ilə baş verdiyini bildirir.

Bir müddət əvvəl özünü dənizə atıb intihar etmək istəyən Sevinc Qaçayeva və bu günlərdə zəhər içib özünü intihhar etmək istəyən Qaçayeva Sevincin qızı, heç biri  xəsarət almadan sağ salamat olmaları maraqlı bir faktdır. Bu fakt isə açıq aydın Sevinc Qaçayeva tərəfindən, şər - böhtanla  Elçin Kərimovun adına xələl gətirib, azadlıqdan məhrum edilməsi məqsədi güdür.

Belə ki, Elçin Kərimov azadlıqdan məhrum edilsə, Sevinc Qaçayeva, dələduzluq yolu ilə Elçin Kərimovdan aldığı 56 - min mantı heç kim yada belə salmayacaq. Bu səbəbdən də Sevinc Qaçayeva və havadarları, Sevinc Qaçayeva ilə eşq macarası yaşayan Apşeron RPİ - nin təhqiqatçısı, polis mayoru Ələddin Alməmmədov və 5 - ci bölmənin tədqiqatçısı Hüsynağa adlı şəxsdir.

5-ci bölmənin təhqiqatçısı Hüseynağa adlı şəxs, Sevin Qaçayevanın əsassız şikayəti ilə, qeyri qanuni olaraq sahibkar Elçin Kərimovun qollarına qandal vurduraraq, bölməyə gətizdirilib. Orada bəlli olub ki, Sevinc Qaçayeva özü, dələduzluq maddəsi ilə, Hüquq Mühafizə Orqanları tərəfindən axtarışdadır. Sevinc Qaçayevanın şikayəti əsassız olduğu uçun, bir neçə dəqiqə sonra sahibkar Elçin Kərimov azad edilib. Sevinc Qaçayeva isə yerində həbs edilib.

Sahibkar Elçin Kərimov:  Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı Ələddin Alməmmədovun araşdırması nəticəsində,  5 - ci Polis Bölməsində baş verən əsil həqiqətlər üzə çıxdıqdan, və mənim heç bir günahım olmadığı sübuta yetirildikdən sonra, hər gün saat 20:00 - dan gec saatlara qədər, Sevinc Qaçayeva öz otağına dəvət edir və məni həbs etdirmək üçün yeni yalan və böhtan xarakterli planlar cızmağa başlayıb. Hətta öz istifadəsində olan kompyuter vasitəsi ilə mənim barəmdə  Sevinc Qaçayevanın sifarişi ilə müxtəlif məzmunlu şər-böhtan xarakterli ərizələri yazıb hazırlayırlar. Və bundan sonra gələcək “qələbələrini” qeyd etmək üçün restoran və otellərə yollanırlar. Ələddin Alməmmədovun Sevinc Qaçayevaya olan sevgisi o qədər, “müqəddəs” və “safdır” ki, Sevinc Qaçayeva həbs ediləcəyi halda paqonlarını cırıb atacağını bildirir.  Hətta 27.04.2022 - ci il tarixdə Sevinc Qaçayeva şübhəli şəxs qismində saxlanıldıqda Ələddin MSY - də onu şahzadə kimi saxlatdıracağına söz vermiş və sözünə əməl edərək xahiş edib polislərin otağında saxlatdıraraq kamerya girməsinə imkan verməyib.

Bundan ruhlanan Ələddin Alməmmədov Sevinc Qaçayevanın və Sevincin anası Dursun xanımın, Qardaşı Allahderdinin və ailə üzvlərinin  yanında öz reytinqini qaldırmaq üçün Sevincin şərəfinə təşkil etdiyi yemək - içmək məclisində təxminən 8 - 10 nəfərin içərisində bildirmişdir ki, Abşeron rayonun ərazisində heç bir kəs Sevincə heçnə edə bilməz, çünkü Abşeron rayon polis rəisidə, prokuroruda, məhmə sədri də Ələddin Alməmmədovun əlindən çörək yeyən adamlardır.Və heç bir zaman Ələddinin bir sözünü iki edə bilməzlər.

Ələddin Alməmmədovun həqiqətən də deyəsən Hüquq  Mühafizə Orqanları üçün əvəz olunmaz şəxsdir. Çünki Elçin Kərimov Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Abşeron Rayon Prokurorluğuna və Abşeron Rayon Polis İdarəsinə ünvanladığı bütün şikayət ərizələri ilə əlaqədar, nəinki Ələddin Alməmmədov barəsində heç bir tədbir görülmür, hətta heç şikayətçinin, ərizələrinə baxılması nəticələri barədə belə heç bir məlumat verilməyib.

Hətta Ələddin Alməmmədov Sevinc Qaçayevaya olan hisslərini cilovlamaq əvəzinə, dahada azğınlaşaraq Elçin Kərimovun qardaşına, söhbət əsnasında heç kəsdən və heç nədən qorxmadığını bildirib, hətta yaxın zamanlarda Erlçin Kərimovun həbs etdirəcəyi ilə hədələyib.

Sevinc Qaçayeva və havadarları Elçin Kərimovun həbsinə nail olmadıqları təqdirdə Elçin Kərimovu necə öldürüb aradan qaldırmaları haqqındada bir neçə plan çızdıqları haqqında Sahibkarın qulağına gələn söz – söhbərlərədə qeyri ciddi yanaşmaq qeyri normal haldır.

Bu cütlük adam tutub sahibkarı axırda öldürtmək planınıda hazırlayıblar.

скачать dle 12.1
Xəbər lenti