Edam olunmuş iranlının meyitini qardaşına bir şərtlə veriblər

20-01-2023, 19:18
5 346
Edam olunmuş iranlının meyitini qardaşına bir şərtlə veriblər

Tehran Məhəmməd Hüseyninin edamıyla hökumətə qarşı etirazlarda iştiraka dözümlü yanaşmayacağı mesajını verirdi. Ancaq o, hazırda dövlət repressiyasının qurbanı kimi yad olunur.

39 yaşlı quşçuluq ferması işçisi və məşqçi İran yarımhərbi qüvvələri üzvünün edamı ittihamıyla üzləşəndə ən yaxınlarından dəstək görməyib. Hadisənin noyabrda bir yas mərasimi iştirakçılarının nümayişi vaxtı baş verdiyi iddia olunur.

Hüseyni tələsik keçirilən məhkəmədə “Yer üzündə korrupsiya”da təqsirli bilinib. Ölüm hökmünün icrasını gözlədiyi dönəmdə onu nə bir dostu, nə qohumu ziyarət edib. Hətta üç bacı-qardaşından heç biri ona açıq şəkildə əfv diləməyib. Yanvarın əvvəlində edam edilən Hüseyninin meyitini belə yaxınlarının götürmədiyi haqda məlumatlar yayılıb.

Hüseyninin meyitini onun yaxın münasibətdə olmadığı qardaşına yalnız “heç kəsə danışmamaq, onu sakitcə dəfn etmək” vədi alandan sonra veriblər. Bunu mənbələr AzadlıqRadiosunun fars xidməti Radio Fərda-ya deyib.

Ölümündən sonrakı həftələrdə Hüseyni daha çox tərəfdar yığıb. Onlar özlərini dövlət repressiyası qurbanının “anaları”, “qardaşları”, “bacıları” kimi təqdim edirlər. Hüseyni sadə həyat sürürdü, sağlıq problemləri vardı, yoxsul ailələrdən olan uşaqlara döyüş idman növləri üzrə təlim keçirdi.

Əcəmcan necə öldürülüb

Hüseyni yanvarın 7-də 22 yaşlı Məhəmməd Mehdi Kərimi ilə birlikdə asılıb. Onların hər ikisi noyabrın 3-də Tehrandan qərbdə yerləşən Kərəc şəhərində Bəsic üzvü Ruhulla Əcəmcanı öldürməkdə təqsirli bilinib.

Rəsmi orqanlar Əcəmcanın “bıçaq və digər bərk alətlər, o cümlədən daşla” çoxsaylı zərbələrdən öldüyünü bildirir. Həmin vaxt bir nümayişçinin 40 mərasiminə yığışanlar sonradan nümayiş etmişdilər. Öldürülən etirazçı isə İrandakı kütləvi etirazların 500-dən çox qurbanından biridir. Ötən ilin sentyabrda guya hicabı düz bağlamadığına görə saxlanan Məhsa Əmininin polisdə ölümü ölkəboyunca etirazlara yol açıb.

Hakim orqanların məlumatına görə, silahsız Əcəmcan mərasimə yığışanların bağladığı yolu açmağa çalışanda hücuma məruz qalıb.

Videoifadə

Hüseyni və Kəriminin məhkəmələri heç bir həftə çəkməyib, özlərinin seçdiyi vəkillə təmin olunmayıblar. Onların hər ikisi ittihamları rədd ediblər. Məhkəmədə həmin şəxslərin, “Amnesty International” təşkilatının dediyinə görə, işgəncə altında verdiyi etiraflara istinad olunub. Hətta iş məhkəməyə çıxarılmamışdan dövlət mediası videoifadəni yayıb.

Depressiv psixozdan əziyyət çəkdiyi deyilən Hüseyni bildirib ki, Kərəcdəki qəbiristanlıqda valideynlərinin məzarını ziyarət etməyə gedəndə “yerə yıxılmış bir gənci” görüb.

“Mental problemlərim var, qaçdım”, – o, yayılmış videoda danışır. Həmin videoda Hüseyninin evindən dəlil kimi götürülmüş döyüş idmanı silahları da əks olunub.

“Bunlar idman üçündür, əzizim”, – Hüseyni silahlarla bağlı suala belə cavab verib.

Azadlıq ra

скачать dle 12.1
Xəbər lenti